Neft Fondunun AÇG və Şahdənizdən gəlirləri kəskin azaldı - Rəqəmlər
07 may, 2024 13:40
Bu ilin ilk 4 ayı ərzində Dövlət Neft Fondunun (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yatağından əldə etdiyi gəlirlər 1 milyard 798,6 milyon dollar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Neft Fondunun AÇG yatağından əldə etdiyi gəlir 669,4 milyon dollar və ya 27,1% azalıb.
Neft Fondunun 4 ay ərzində Şahdəniz yatağından əldə etdiyi gəlir isə 202,7 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Şahdəniz yatağından əldə edilən gəlirlər isə 4,6 dəfə və ya 733 milyon dollar azalıb.