Fransadan 4 kəndin qayıtmasına - İlk reaksiya

09 may, 2024 12:28

19 apreldə Azərbaycanla Ermənistan arasında delimitasiya barədə razılıq və Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılması qərarını dünyanın bir çox ölkəsi alqışlasa da, İrəvanın son illər əsas siyasi dəstəkçisi olan Fransa hələ də inadla susmaqdadır.

Ötən gün Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin bu mövzuda danışması “Fransanın ilk reaksiyası” kimi təqdim edilib.

Dekottini “Azadlıq” radiosuna bildirib ki, Ermənistan Almatı Bəyannaməsi əsasında müəyyən güzəştlərə getməyə hazır olduğunu bildirib.

“Demarkasiyanın başlaması yaxşıdır. Almatı Bəyannaməsi əsasında başlaması daha yaxşıdır. Bu, əlbəttə ki, davam etdirilməli olan müsbət bir inkişafdır. Ermənistan Almatı Bəyannaməsi əsasında müəyyən güzəştlərə getməyə hazır olduğunu bildirib və biz Azərbaycanın da güzəştə gedəcəyini gözləyirik. Hazırda Azərbaycan Ermənistan ərazisinin böyük hissəsini işğal edib (? – red.) və o, həmin əraziləri tərk etməlidir. Fransanın baş naziri bu yaxınlarda bunu xatırladıb. Beləliklə, biz hesab edirik ki, bu, davam etdirilməli olan yaxşı inkişafdır”, - səfir bildirib.

O, həmçinin deyib ki, bir yerdən başlamaq lazımdır:

“Hardansa başlamaq və danışıqlar yolu ilə demarkasiya aparmaq lazımdır. Tavuş yaxşı başlanğıc nöqtəsidir. Və biz səbirsizliklə demarkasiyanın Azərbaycan və Ermənistanın Praqa Bəyannaməsində razılaşdıqları prinsiplər çərçivəsində davam etməsini gözləyirik. Bu, keçmiş sovet respublikalarının beynəlxalq sərhədlərini müəyyən edən Almatı Bəyannaməsidir və tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və tanıyır”.

Qeyd edək ki, Fransa səfirinin “Ermənistan güzəşt edib” sözləri ənənəvi olaraq Parisin bu nizamlamada tutduğu qərəzli və birtərəfli mövqeyin təzahürüdür. Ermənistan güzəştə getməyib, Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən 4-nü qaytarmağa razılaşıb.

Azərbaycanın “Ermənistan ərazisini işğalda saxlaması” barədə Dekottininin iddialarına gəlincə, bu, revanşistlərə dolayı dəstək ifadə edən və qızışdırıcılıq məqsədi daşıyan ifadədir.

Qeyd edək ki, Dekottini Fransanın Bakıdakı səfirinin “harada olması” sualına cavabında da “Şuşidə deyil” deyib. Şuşanı “Şuşi” adlandıran, dolayısı ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə erməni revanşistlərin iddiasını dəstəkləyən bir dövlətin “Azərbaycan güzəşt etməlidir”, “Azərbaycan işğal edib” kimi ifadələrinin hansı anlama gəldiyi və Fransanın mahiyyəti artıq tam bəllidir.(axar.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR