Diaspor Komitəsi heç bir konsepsiya ilə çıxış edə bilmir

27 may, 2024 13:30

Xaricdən qaynaqlanan bütün ideoloji tezislər ölkəmizdə çox rahat şəkildə ictimai şüura nüfuz edə bilir və intellektual cameənin menyusuna daxil olaraq müzakirə olunur. Qarabağı hansı ideologiya azad etmişdik, bu barədə düşünə bilmədik. Bu ideologiya yox idisə, bəlkə suverenliyi bərpa olunan ölkə yeni ideologiyaya sahib olmalı idi? Bu şansı da itirməkdəyik. Ölkədə bütün fəaliyyət prinsipləri inzibatçılığa söykənib, ideologiya kapitalizmə uduzub, bütün dəyərlər və hesabatlar statistikaya əsaslanır. Qalib xalq ideoloji cəhətdən tərkislah edilmiş durumdadır. Rusiya, Türkiyə, İsrail, ABŞ, İran və hətta Səudiyyə Ərəbistanı Azərbaycanda rahat şəkildə istədiyi ideoloji baza formalaşdırıb. Əl açıb kənardan ümid dilənirik, ideologiya umuruq, yamaq olmağa çalışırıq. Vətən tikanlı məftillərin olduğu yerdən - sərhəddən başlamır axı.

Bir nüçə gündür xaricdə yaşayan azərbaycanlılarla bağlı və diaspor təşkilatlarımızın fəaliyyəti barədə aldığım məlumatlar xarici ölkələrdə də vəziyyətimizin çox pis olduğunu və soydaşlarımızı bir yumruq halında birləşdirəcək ideologiyanın olmadığını deməyə əsas verir.

Bu məsələyə qısa şəkildə toxunacam. Güclü diaspor təkilatları formalaşdıra bilərikmi? Xeyr, bu, həlki mümkünsüzdür. Səbəbləri çox sadədir.

Əvvəla, ona görə ki, insanlar ağır sosial şərtlərdən, işsizlikdən canlarını qurtarmaq üçün ölkəni tərk ediblər, burada bütün mümkün travmalar alan bu şəxslər xarici ölkələrdə rahat yaşamaq niyyətindədirlər, özlərini-ailələrini xilas etmək barədə düşünürlər.

İkincisi, xaricə köç edən soydaşlarımız özləri ilə heç bir ideologiya aparmayıblar. Öz ölkəsində tərksilah edilmiş şəxs xarici ölkələrə üz tutandan sonra kənar tezislərin təsiri altına düşür.

Üçüncüsü, diaspor quruculuğuna məsul olan Diasporla İş Üzrə Dövlət Komitəsi bu günə qədər soydaşlarımızı bir yumruq halında birləşdirəcək heç bir ideoloji kopnsepsiya təklif etməyib, nə də bu barədə düşünə bilir.

Müxtəlif ölkələrdə keçirilən ənənəvi tədbirlər, təqdim olunan statistik hesabatlar, paylaşılan fotolar, paylanan medallar baş aldatmaqdan başqa bir şey deyil. Hər kəsin başı pul qazanmağa, tenderlərə, layihələrə ayrılan pullardan faydalanmağa qarışıb. Diaspor sahəsində ədalətsizlik o həddə çatıb ki, ömrünü, var-dövlətini bu yolda xərcləyən insanlar bütün proseslərdən çıxdaş olunub, mütərrəqi gəncləri isə adam yerinə qoyan yoxdur. Xaricdə yaşayan soydaşlarımız bir tərəfə qalsın, bu qurum hələ indiyə qədər daxildə - cəmiyyətimizə hansı işlə məşğul olduğunu əxz etdirə bilməyib. Heç kəs heç nə anlamır, başa düşmür.

Cənablar, müharibə sərhəddə bitib, amma ideoloji müharibə daha şiddətlə davam etməkdədir.

Müəllif: Samir Feyruzov

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib