Tikinti bazarında son durum - Qiymət artacaq?

28 may, 2024 13:29

İnşaat bazarında alıcı qıtlığı yaşanır. Qiymətlərin aşağı olması isə vəziyyətə təsir etmir. Maraqlıdır, yay mövsümünün başlanğıcındakı bu durğunluq hansı nəticələrə səbəb olacaq? 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov tikinti materiallarına olan tələbatın azalmasının səbəblərini açıqlayıb. Bildirib ki, çoxmənzilli binalarda mülki tikintinin həcmi son 1-2 il ərzində azalıb, bu ilk növbədə tikintilərə verilən sərəncam və icazə sənədlərinin azalması ilə bağlıdır: 

“İnşaat malları bazarında həm tikinti, həm də təmir materialları mövcuddur. Onların çeşidləri həddən artıq çoxdur. Bazarda kifayət qədər bu sahə üzrə fəaliyyət göstərən şirkətlər və dükanlar mövcuddur. Demək olar ki, bu miqdar tələbatı da üstələyir. Ölkənin istənilən yerində bu üzrə xidmət var. Onların arasında rəqabət həddən artıq çoxdur. Əslində, rəqabətin yüksək olması bir çox inşaat, təmir materiallarının və xidmətlərin labüd qiymətdə qalmasına səbəb olur. Bir sıra materiallar isə xaricdən gətirildiyi üçün müxtəlif ölkələrdəki qiymət dəyişiklikləri ölkədaxili bazarlara da təsir edir. Yəni, tədarükçü şirkət tərəfindən neçəyə başa gəlirsə, bizim ölkəyə də həmin qiymətə çatdırılır”. 

Ekspert qeyd edib ki, bazarda bu kimi materialların alınmasının daşınmaz əmlak qiymətlərinə də təsiri var:

“2023-cü ilin dekabrın sonuna kimi qiymət artımı müşahidə olunurdu. Sonra banklar resurslarını istifadə edib bitirdilər, beləcə ipotekaların verilməsi dayandı. Həmin andan etibarən də, ölkə ərazisindəki qiymət artımı da 3 ildir  dayanıb. Tələbat yüksək olan tək-tək bəzi seqmentlərdə, daşınmaz əmlakın həcmi az olan yerlərdə, fevral ayından ipotekanın yenilənməsi ilə qiymətlərin aşağı düşməsi müşahidə olundu. Müxtəlif iş adamları, ev tikintisi aparılan şəxslər, işbazlar tərəfindən həcm azaldı. 2023-cü ilin oktyabrında sənədsiz tikililərlə bağlı verilən qərar da bu sahəyə öz mənfi təsirini göstərdi. 

Nəticə etibarilə, sənədi qaydasında olan ev və torpaq sahələrində qiymət artımı tələbatdan asılı olaraq davam edəcək. Digər təyinatlı, sənədi düzgün olmayan torpaqların qiymətləri isə tədricən aşağı düşəcək. Həmçinin, hazırda yeni inşa olunan binalara tək-tək sərəncamların verilməsi də başlanılıb. Ancaq hansı istiqamətdə dəyişikliklər olacağı ilə bağlı yekun fikir bildirmək hələki mümkün deyil. Onu zaman göstərəcək. 

Qiymətlərin ucuzlaşması hər kəs üçün yaxşıdır. Bu mal və məhsulların əlçatanlığını təmin edir. 2020-ci ilin ikinci yarısında inşaat materiallarının kəskin bahalaşması, ələxsus, armaturun qiymətindəki artım nəticəsində bu bahalıq başladı. Oxşar vəziyyət 2006-cı ildə də yaşanmışdı. Armaturun qiymətinin bahalaşmamasının səbəbi isə rəqabətin az olmasıdır”(yenisabah.az). 

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!