İranda Məsud Pezeşkiyan prezident seçilərsə, Azərbaycanla münasibətlər necə ola bilər?

28 iyun, 2024 13:31

Bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. İranın “Şenaaxt”, “Mellat” ISPA” analitik mərkəzlərinin keçirdikləri sorğuya əsasən, prezidentliyə yeganə islahatçı namizəd, əslən azərbaycanlı Məsud Pezeşkiyan namizədlər arasında liderdir. Amma seçkilərinin nəticəsinin necə olacağını heç kəs deyə bilməz, İranda həmişə gözlənilməz sürprizlər olur. İranın Ali Dini rəhbəri Əli Xameneinin əslən azərbaycanlı olduğu heç kəsə sirr deyil, ölkə prezidentinin də azərbaycanlı olması müasir İran tarixində ciddi hadisə hesab oluna bilər.

Heç şübhəsiz, İranda hər hansı düşərgəni təmsil edən namizədin prezident seçilməsi dövlət siyasətində köklü dəyişikliyə gətirib çıxara bilməz. M.Pezeşkiyan üçün də əsas olan İran dövlətinin maraqlarını qorumaq olacaq. Eləcə də, İranda ən güclü və səlahiyyətli şəxs prezident yox, Ali Dini rəhbərdir. Lakin M.Pezeşkiyanın təbliğat mitinqlərində Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, ölkəmizə yönələn pozitiv şüarlar, Azərbaycan mahnılarının sədaları altında milyonlarla insanın meydanlara toplaşması olduqca maraqlıdır.

M.Pezeşkiyan İranda gözlənilməz və açıq fikirləri ilə məşhurdur.

Əgər o, prezident seçilərsə, Azərbaycanla münasibətlərdə bir-birinə tamamilə əks iki istiqamətdə siyasət aparıla bilər:

Birincisi, İran-Azərbaycan münasibətlərinin müsbət inkişafı üçün “etnik zəmin” ciddi rol oynaya bilər, daha asan dildə anlaşmaq mümkün olacaq, bu amil qarşılıqlı şəkildə dəyərləndirilə bilər.

İkincisi, M.Pezeşkiyanın prezidentliyi dövründə İran-Azərbaycan münasibətləri mənfi platformada davam etsə, M.Pezeşkiyan İrandakı 40 milyon azərbaycanlının Azərbaycan Respublikası ilə ideoloji bağlılığını daha asan şəkildə qıra biləcək. O, on milyonlarla azərbaycanlının dəstəklədiyi namizəddir, azərbaycanlıların bütün problemlərini dərindən bilir və bu istiqamətdə həlledici işlər görəcəyini vəd edir.

Ən maraqlısı budur ki, iki ölkə arasında münasibətlər pis olarsa, Azərbaycana qarşı səslənən fikirlərin müəllifi fars əsilli yox, Azərbaycan əsilli prezident olacaq.

Lakin birincisi versiya daha inandırıcı görünür. Çünki Azərbaycanın da yer aldığı yeni qütbün adı məlumdur. Ukrayna ərazisində aparılan Rusiya-NATO müharibəsi bitəndən sonra qonşu və Şərq ölkələri arasında bütün gərginliklər aradan qalxacaq. İran Rusiya və Türkiyə ilə müttəfiqdir, Azərbaycan da Rusiya və Türkiyə ilə müttəfiqdir. Rusiya və Türkiyənin ortaq müttəfiqləri arasındakı gərginlik çox davam edə bilməz. "3+3" formatı həllini tapacaq.

Müəllif: Samir Feyruzov

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!