13 uşaq atası Haniyə kimdir? - HƏMAS lideri ilə bağlı maraqlı faktlar

31 iyul, 2024 13:47

Uzun müddətdir Fələstinə və HƏMAS-a qarşı hücumlarını davam etdirən İsrail bu dəfə HƏMAS lideri Haniyəni hədəf aldı.

Haniyə Tehrandakı hücumda həyatını itirdi. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehrandakı iqamətgahına İsrail ordusunun hava zərbəsi nəticəsində öldürüldüyü təsdiqlənib.

Bəs İsmayıl Haniyə kimdir?

"Azsiyaset" "bakupost.az"-a istinadla onun bioqrafiyasi ilə bağlı önəmli məlumatları təqdim edir:

Fələstinli siyasətçi və Fələstin Milli Administrasiyasının mübahisəli keçmiş baş naziri İsmayıl Haniyə 1963-cü ildə Qəzza zolağındakı Elşati qaçqın düşərgəsində anadan olub. Ailəsi 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı Aşkelon şəhərindən qaçaraq qaçqın vəziyyətinə düşüb. 1987-ci ildə Qəzza İslam Universitetini bitirib. 1989-cu ildə Birinci İntifadada (İsrailə qarşı üsyan) iştirak etdiyi və HƏMAS üzvü olduğu səbəbilə həbs edilib. 1992-ci ildə azadlığa çıxdıqdan sonra o, İsrail tərəfindən Cənubi Livana deportasiya edilib və 415 digər "İslami Cihad" və HƏMAS üzvlərindən ibarət qrupa qoşulub. Növbəti il o, Qəzzaya qayıdıb.

1999-2004-cü illərdə o, HƏMAS-ın baş katibi Şeyx Əhməd Yasinin aparat rəhbəri vəzifəsində çalışıb.

2005-ci ilin dekabrında keçirilən və 25 yanvar 2006-cı ildə təkrarlanan Fələstin Qanunvericilik Şurasına seçkilərdə Həmas lideri Xalid Məşəl Dəməşqdəki sürgündə olduğu üçün siyahının başında idi. HƏMAS-ın 132 yerdən 74-nü qazandığı seçkilər nəticəsində 16 fevral 2006-cı ildə Haniyə HƏMAS-ın baş nazirliyə namizədi elan edilib.

Fevralın 19-da o, ABŞ və İsrailin müqavimətinə baxmayaraq, Fələstin prezidenti Mahmud Abbas tərəfindən baş nazir təyin edilib.

O, 2006-cı ilin oktyabrında Qəzzada Fəth və HƏMAS üzvləri arasında toqquşma zamanı karvanına hücumdan sağ çıxıb.

O, 2007-ci ilin mayında İsrailin evinə raket hücumundan da qurtulub.

2007-ci ilin iyununda Qəzza zolağında HƏMAS və Fəth arasında münaqişə pik həddə çatdıqda, o, Fələstin prezidenti Mahmud Abbas tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb.

Haniyə evli olub, 13 övladı var. O, 2017-ci ildən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri idi.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR