Gömrük Komitəsi Baba Rzayevin kürəkəninə məxsus şirkətlə 14 milyonluq müqavilə imzaladı

09 avqust, 2024 12:22

Dövlət Gömrük Komitəsi “FF Construction” MMC (VÖEN- 1500616851) ilə satınalma müqaviləsi imzalayıb.

Gömrük Komitəsi satınalma müqaviləsini tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Müqavilənin şərtlərinə görə, “FF Construction” MMC Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının ümumi layihəsi üzrə yekunlaşmamış işləri, o cümlədən abadlaşdırma və texniki sahəsi üzrə nəzərdə tutulmuş yeni tikinti-quraşdırma işlərini yerinə yetirəcək və bunun üçün Komitədən 14 milyon 92 min 721 manat 60 qəpik alacaq.

Qeyd edək ki, bu müqavilə Gömrük Komitəsi ilə “FF Construction” MMC arasında imzalanan sayca 3-cü müqavilədir. Əvvəlki 2 müqavilə də tender müsabiqəsi keçirilmədən imzalanıb. “FF Construction” 2022-ci ildə yeni inzibati binanın fasadının üzlənməsinin ilkin işləri üçün Komitədən 7,6  milyon manat, 2023-cü ildə isə yeni inzibati binanın telekommunikasiya, rabitə, mühafizə və təhlükəsizlik sistemlərinin quraşdırılması üçün 4,6 milyon manat alıb.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda “FF Construction” MMC barəsində məlumatlar mövcud deyil.

Əvvəlki reyster məlumatlarında isə qeyd olunurdu ki, nizamnamə kapitalı cəmi 10  manat olan “FF Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 134, m 28-də yerləşir. Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğludur.

21 dekabr 2005-ci il tarixində dövlət qeydiyyatına alınan “FF Construction” MMC-nin “FF Şirkətlər Qrupu”na daxil olduğu bildirilir.

“FF Şirkətlər Qrupu”nun "Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevin kürəkəni Fərid Fərhadzadə tərəfindən idarə olunduğu qeyd olunur. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.

Fərid Fərhadzadə eyni zamanda Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub.

Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.

Onu da qeyd edək ki,  “FF Construction” MMC 2018-ci ilin iyun ayına kimi “Fərqli Fikir” MMC adı ilə fəaliyyət göstərib.

Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğlu daha əvvəl Baba Rzayevin ailə mülkiyyətində olduğu bildirilən “Zirə Aqrorark” MMC-nin də direktoru olub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR