Almaniyada müsəlmanların deportasiya olunmasına çağırış edilir

02 sentyabr, 2024 12:55

Bavariya Xristian Sosial Birliyinin nümayəndəsi Aleksandr Dorbrindt Almaniyanın ən böyük qəzetlərindən birinə müsahibəsində miqrantlardan ibarət cinayətkar dəstənin gələn həftə Almaniyadan çıxarılmasını tələb edib.

Ölkədə vətəndaşlara bıçaqla hücum hallarının artması fonunda miqrasiya siyasətini kökündən dəyişməyə çağırışlar səslənir.

Avqustun sonunda Qərbi Almaniyanın Solingen şəhərində tətil zamanı üç nəfərin öldürülməsindən sonra 26 yaşlı suriyalı polisə təslim olub. "İslam dövləti" təşkilatı, Almaniya mətbuatının yazdığına görə, bu cinayəti "Fələstin xalqının məruz qaldığı qurbanların qisası" adlandırıb. Daha sonra Almaniyanın digər şəhərlərində daha iki dəfə miqrantlar tərəfindən yoldan keçənlərə bıçaqla hücum etmək cəhdi olub. Lakin hücum edənlər dərhal polis tərəfindən öldürülüb.

Bu hadisələr nəticəsində Almaniyada ağır xəsarət yetirmə və zorlama kimi ağır cinayətlərdə ittiham olunan 28 əfqan qaçqını Əfqanıstana deportasiya edilib. Federal daxili işlər naziri Nensi Feserin əmri ilə onların hər birinə min avro verilib. Nazirin bu cür xeyriyyəçiliyi mətbuatda və sosial şəbəkələrdə çoxsaylı mənfi reaksiyalara səbəb olub.

Terror üzrə ekspert, Pakistan əsilli alman jurnalist Şəms Əl-Haq hesab edir ki, müsəlman ölkələrindən olan mühacir ailələrində doğulan gənclər sosial şəbəkələrin və məscidlərdəki radikal moizələrin psixikaya təsiri nəticəsində ekstremist olurlar. Bununla bağlı jurnalist bu ilin yayında Avstriya təhlükəsizlik xidmətləri tərəfindən əzilən və “İslam dövləti”nin göstərişi ilə məşhur Vyana musiqi festivalında sui-qəsd hazırlayan radikal gənclər qrupunu misal gətirir. Ən böyüyünün19 yaşı olan bu gənclər Amerika kəşfiyyat orqanlarının sındırdığı və nəzarət etdiyi qapalı internet kanallarından birində “İslam dövləti” üçün and içiblər. Ancaq onların hüquq-mühafizə orqanları terror aktının hazırlanmasının izinə düşə və onun qarşısını vaxtında ala biliblər.

Məlum olub ki, hücum hazırlayan terror qruplaşmasının lideri əslən albandır. O, yalnız zahiri görkəmi ilə - saqqalı və müsəlman tərzli geyimi ilə seçilib.

Ekspertin gəldiyi nəticə ondan ibarətdir ki, hazırda sosial şəbəkələr sayəsində istənilən ideyaların, o cümlədən radikal ideyaların yayılması üçün praktiki olaraq qeyri-məhdud imkanlar mövcuddur. O, bütün müvafiq messencerləri izləməyin praktiki mümkünsüzlüyünü etiraf edir. Bu isə Avropa ölkələrində az qala paralel cəmiyyətin yaranmasına gətirib çıxarır.

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!