Rusiyada bu ölkələrin şirkətləri milyardlar qazanır - SİYAHI

03 sentyabr, 2024 12:00

“Forbes” nəşri 2023-cü ilin nəticələrinə əsasən Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin illik reytinqini tərtib edib.

50 ən böyük xarici şirkətin Rusiyadakı ümumi gəlirləri əvvəlki illə müqayisədə 31% artaraq 6,7 trilyon rublu (74,8 milyard dollar) ötüb.

Bildirilir ki, Rusiyada ən çox Çin şirkətləri fəaliyyət göstərir. 50 ən böyük xarici şirkətin siyahısında Çindən 11 şirkət var. Çinin “Chery” minik avtomobili istehsalçısı ilk dəfə olaraq “Forbes” jurnalına görə Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin reytinqinə başçılıq edib. “Chery”nin gəliri 2022-ci illə müqayisədə 4 dəfə artaraq 2023-cü ilin sonunda 590 milyard rublu (6,6 milyard dollar) ötüb. Şirkət Rusiya bazarında “Chery”, “Exeed”, “Omoda”, “Jaecoo” və “Jetour” brendləri altında 220 mindən çox avtomobil satıb.
Bundan əvvəl reytinqə Fransanın “Auchan” (2015-2019), “Renault” (2020) və “Leroy Merlin” (2023), ABŞ-nin “Philip Morris International” (2021) və Almaniyanın “Volkswagen Group” (2022) şirkətləri başçılıq edirdi.

Keçən ilin lideri – Fransanın məişət malları və təmir zənciri “Leroy Merlin” bu il siyahıdan çıxıb. Bunun səbəbi şirkətin Rusiya bazarını tərk etməsi göstərilir. Bu ilki reytinq cədvəlinin ilk 10-luğuna “Chery”dən başqa, minik avtomobilləri istehsal edən daha iki Çin şirkəti – “Great Wall Motor” (5-ci sıra) və “Geely Automobile” (10-cu sıra) daxildir.

İki il əvvəl – 2022-ci il reytinqində siyahıda yalnız bir Çin şirkəti olub  – “Huawei Technologies”. 2024-cü ildə reytinqə ilk dəfə Çin avtomobil istehsalçıları “FAW Group” (13-cü sıra), “Changan Automobile” (16-cı sıra), “JAC Group” (49-cu sıra) daxil edilib. Bundan başqa elektronika və məişət texnikası istehsalçısı “Hisense” (38-ci sıra), tikinti holdinqi CRCC (44-cü sıra) də siyahıya daxil edilib.

ABŞ-də qeydiyyatı olan şirkətlərin sayı iki il ərzində 10-dan 7-yə qədər azalıb. Rusiyada fəaliyyətini davam etdirən ən böyük ABŞ şirkəti tütün istehsalçısı “Philip Morris International” (3-cü sıra) olub. Bu şirkətin illik gəliri 440 milyard rubldan çox (5 milyard dollar) olub.

Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin illik reytinqinə aşağıdakı ölkələrin şirkətləri daxil edilib:

Çin – 11
ABŞ – 7
Almaniya – 5
Belarus – 4
Türkiyə – 4
İsveçrə – 4
Fransa – 3
Böyük Britaniya – 2
İtaliya – 2
Avstriya – 1
Belçika – 1
Macarıstan – 1
Danimarka – 1
Tailand – 1
Finlandiya – 1
İsveç – 1
Cənubi Koreya – 1
Yaponiya – 1

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR