Kritik həddə çatan problemli kreditlər - Banklar depozit faizlərini artırdı

16 sentyabr, 2024 15:26

Xəbər verdiyimiz kimi, 2024-cü ilin II rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə əsasən, banklar əvvəlki rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə etmədiklərini bildirib. Banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Asif İbrahimli deyib ki, kredit kartlarının alınması üsulları çox asandır. Belə olduğu halda da problemlər ortaya çıxır:

“Ümumiyyətlə, kredit kartları və digər kredit məhsulları ilə bağlı banklarda borcların geri ödənilməməsi ilə bağlı ciddi problemlər yaşanır. Kredit kartlarının əldə edilməsi şərtləri çox sadə olduğuna görə, həmin bankda əməkhaqqı kartı olan vətəndaşa hər hansı kredit kartları da təklif olunur. Vətəndaş da rahatlıqla əldə edib istifadə edir. Amma bir çox hallarda götürülən məbləği ödəməmə halları baş verir. Düşünürəm ki, bununla bağlı qərar veriləcək. Ümumiyyətlə, bank kartlarının alınması ilə bağlı həm təhlükəsizlik meyarlarının artırılması, həm də onların əldə edilməsi istiqamətində müəyyən beynəlxalq standartların tələblərinə uyğun tədbirlər həyata keçirilməlidir”.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə əsasən, banklar kredit şərtlərində sərtləşməyə ona görə getmək istəyirlər ki, banklar üçün pulun dəyəri artıb. Son bir neçə ayda banklar depozit faizlərini artırıblar. Pulun dəyərinin artmasının əsas səbəbi ötən ilin dekabr ayında Mərkəzi Bankın banklar üçün məcburi ehtiyat normalarını artırmasıdır. Məcburi ehtiyatlar ölkədə pul kütləsinin və bank sisteminin likvidliyinin tənzimlənməsində Mərkəzi Bank tərəfindən istifadə olunan pul siyasəti alətidir:

“Məcburi ehtiyatlar bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır. Əvvəllər banklar üçün məcburi ehtiyat norması 0,5 faiz idi. Hazırda məcburi ehtiyat norması 20 faizdir. Məsələn, bank 1000 manat əmanət cəlb edibsə, bunun 20 faizini, yəni 200 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə bank cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 800 manatını kredit resursu kimi istifadə edə bilər. Ona görə də bank üçün həm pulun məbləği azalır, həm də pulun dəyəri artır. Kredit şərtlərində sərtləşmənin əsas səbəbi budur".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR