Makronun adamları Bakıda istintaqa cəlb olunub - Şok detallar

30 sentyabr, 2024 13:10

İlkin mənbə olaraq “flaremagazine.co.uk” britaniya araşdırmaçı mətbu orqanında “E.Makronun adamları Azərbaycanda istintaq altındadır?” başlıqlı yazı yayımlanıb. Məqalədə Makronun sarayında cərəyan edən beynəlxalq korrupsiya prosesləri və aidiyyəti şəxslərin ifşa olunaraq Azərbaycanda məsuliyyətə cəlb edildiyi kimi yeni sensasion fakt açıqlanıb.

Həmin məqalənin mətnini Azərbaycan dilində olduğu kimi təqdim edirik:

“26.09.24 

Milyarderlərə beynəlxalq sanksiyaların tətbiqinin bəzi hallarda onlara maddi məqsədlərlə təzyiq edilməsi ilə bağlı olduğu, sonradan onlarla yüksək siyasi dairələr arasında gizli sövdələşmələr edildiyi ilə bağlı iddialar zamanla səsləndirilibdir. Bu mövzuda son vaxtlar qabarmaqda olan bir iş xüsusilə diqqət çəkir. 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov dünyanın ən bahalılarından olan “Luna” adlı məşhur yaxtasının Dubay şəhərində həbsdən azad edilməsi və gələcəkdə də özünün və əmlaklarının sanksiyalardan qorunması ilə bağlı Fransa Prezidenti E.Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benalla ilə danışıqlar aparıb və A.Benalla 6.140.000 ABŞ dolları məbləğində ilkin rüşvət müqabilində bu məsələni aidiyyəti səviyyələrdə həll edəcəyini öz öhdəsinə götürüb.

Qarşılıqlı razılığa uyğun olaraq, F.Əhmədov həmin pulun yarısını A.Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış bank hesabına və A.Benallanın adamı, onun kimi Mərakeş əsilli Fransa vətəndaşı olan Anass Derrazın “AL HİLAL BANK”-da açılmış bank hesabına köçürüb.

F.Əhmədovun təsərrüfatının bir hissəsi Azərbaycanda olduğundan göstərilən tranzaksiya əməliyyatları Azərbaycanın daxili təhlükəsizlik orqanlarının diqqətini cəlb edib və onlar araşdırmalardan sonra bu faktla bağlı cinayət işi başlayıblar.

Həmçinin, məlum olur ki, daha əvvəl Fransanın özündə A.Benallanın barəsində olan məşhur cinayət işi üzrə bu hissə ört-basdır edilib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı A.Benallanın törətdiyi cinayətdə iştirakı olan, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti - “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derrazı Bakıda cinayət məsuliyyətinə cəlb edərək, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçib.

A.Derraz bununla bağlı Fransanın Azərbaycandakı səfirliyinə müraciət etsə də, səfirlik müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir.

A.Derrazın müdafiəçilərinə məlum olur ki, Fransanın aidiyyəti qurumlarına cinayət işinin detalları ilə bağlı Azərbaycan tərəfinin rəsmi hüquqi sorğusu daxil olsa da, sorğuya cavab verməli olan həmin qurumlar məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalıblar. Onlar daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Yaxında uzunmüddətli beynəlxalq qalmaqala çevriləcəyi görünən mövzunu xüsusi diqqətlə izləyirik.”

Qeyd edək ki, bütün fotoşəkillərdə Makronun bilavasitə yanında olan məşhur Aleksandre Benalla Makronun şəxsi mühafizəsinə rəhbərlik edib, Fransa Prezidenti Administrasiyası rəhbərinin müavini olub.

Benalla Makrona qarşı etiraz aksiyalarında özbaşına olaraq polis formasında jurnalistlərə zorakılıqdan tutmuş, işdən azad edildikdən sonra belə Fransa diplomatik pasportu ilə təmin edilməsinədək çoxsaylı cinayət əməlləri ilə rəsmən cinayət məsuliyyətinə məruz qalsa da, Fransada “görünməz əl” onu məsuliyyətdən qoruyub (hətta beynəlxalq silah alqı-satqılarında şəxsən iştirak edib).

Avropa qurumlarının əli ilə sanksiya tətbiq edilmiş milyarderlərdən Parisə rüşvət tranzaksiyaları sənədlərinin ictimailəşdirilməsi Fransa tarixi üçün uzunmüddətli beynəlxalq korrupsiya ləkəsi olacaqdır.

 

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...13:40 - Bəşər Əsədi Moskvada zəhərləyiblər?

01 oktyabr

10:52 - Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı10:48 - Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kuleba10:45 - ABŞ-də hökumət böhranı - Bakıdakı səfirliyə də təsir etdi

30 sentyabr

12:23 - Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir12:21 - Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb12:19 - ABŞ 120 iranlını ölkəsinə qaytardı

29 sentyabr

09:02 - "Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP09:00 - Azərbaycana qarşı növbəti saxta kampaniya...08:59 - II Dünya Müharibəsində qalib gəldik, Ukraynada isə... - Rutte

26 sentyabr

12:02 - Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib...11:53 - Moskva vurula bilərmi? - "Bloomberg" nəşri11:46 - "İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil" - Aleksandar Vuçiç

23 sentyabr

14:20 - Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ14:17 - İşdən çıxarılanlar 150 nəfərə çatdı - ADY-də ixtisarlar14:14 - Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI

22 sentyabr

09:59 - "Gizli silah hazırlamışıq" - KXDR lideri09:58 - Rəqiblərimə nifrət edirəm, onlara yaxşılıq arzulamıram - Tramp