HƏMAS-İsrail münaqişəsinin başlamasından bir il ötür - Nə məlumdur?

07 oktyabr, 2024 11:01

Düz bir il əvvəl, 2023-cü il oktyabrın 7-də səhər tezdən Fələstinin silahlı Həmas qruplaşmasının üzvləri Qəzzadan İsraillə sərhəddəki ərazilərə hücumlar həyata keçirdilər və nəticədə, 1195 nəfər öldü, 254 nəfər isə girov götürüldü.

Buna cavab olaraq İsrail ertəsi gün Qəzza zolağına qarşı bu günə qədər davam edən kütləvi hava hücumları ilə cavab verib və anklavda quru əməliyyatlarına başlayıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu günə kimi təxminən 60 faizi qadın və uşaq olmaqla 41,8 mindən çox fələstinli dünyasını dəyişib. Bu, Qəzza zolağının müharibədən əvvəlki bütün əhalisinin təxminən iki faizini təşkil edir.

Sektordakı bütün evlərin yarısı, kommersiya obyektlərinin 80 faizi və məktəb binalarının 85 faizi ya qismən, ya da tamamilə dağıdılıb. Bildirilir ki, onların bərpası yüz milyardlarla dollara başa gələcək.

Bu ilin may ayında BMT dağıntılar altında 10 min fələstinlinin cəsədinin qaldığını açıqlamış və bütün cəsədlərin çıxarılmasının üç ilə qədər vaxt apara biləcəyini hesablamışdı.

Bu il müharibədən əvvəl anklavda yaşayan 2,3 milyon fələstinlinin demək olar ki, hamısı köçkün vəziyyətinə düşüb.

HƏMAS tərəfindən oğurlanan 97 girovun taleyi məlum deyil. 117 girov İsrailə sağ-salamat qaytarılıb. Girov saxlanıldığı düşünülən bir sıra şəxslərin ya 7 oktyabr hücumu zamanı, ya da əsirlikdə olarkən öldüyü təsdiqlənir.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, davam edən döyüşlər zamanı indiyədək 727 İsrail hərbçisi həlak olub.

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...13:40 - Bəşər Əsədi Moskvada zəhərləyiblər?

01 oktyabr

10:52 - Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı10:48 - Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kuleba10:45 - ABŞ-də hökumət böhranı - Bakıdakı səfirliyə də təsir etdi

30 sentyabr

12:23 - Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir12:21 - Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb12:19 - ABŞ 120 iranlını ölkəsinə qaytardı

29 sentyabr

09:02 - "Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP09:00 - Azərbaycana qarşı növbəti saxta kampaniya...08:59 - II Dünya Müharibəsində qalib gəldik, Ukraynada isə... - Rutte

26 sentyabr

12:02 - Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib...11:53 - Moskva vurula bilərmi? - "Bloomberg" nəşri11:46 - "İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil" - Aleksandar Vuçiç

23 sentyabr

14:20 - Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ14:17 - İşdən çıxarılanlar 150 nəfərə çatdı - ADY-də ixtisarlar14:14 - Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI

22 sentyabr

09:59 - "Gizli silah hazırlamışıq" - KXDR lideri09:58 - Rəqiblərimə nifrət edirəm, onlara yaxşılıq arzulamıram - Tramp