Zelenski təqdim etdiyi "Qələbə planı"nında nələr var?

16 oktyabr, 2024 15:42

Ukrayna Prezidenti Volodimir Zelenski “Qələbə planı”nı Ali Radaya tam təqdim edib.

Unian.net xəbər verir ki, Zelenski Radada çıxışı zamanı planın bəzi bəndlərinin artıq mediada səsləndirildiyini deyib. O, ölkəsində “qələbə” sözünün bəzi insanları narahat etdiyini də vurğulayıb.

Planını açıqlayan Zelenski bu proqramın “sülh sammitinə körpü” olacağını bildirib. O, plana əsasən müharibənin 2025-ci ilin sonunadək bitəcəyinə inandığını sözlərinə əlavə edib.

Zelenski planının 5 bənddən ibarət olduğunu bildirib. Bu bəndlərin üçündə ictimaiyyətə açıqlanmayan məxfi hissələr var.

Birinci bənd geosiyasi məsələlərə aiddir və Ukraynanın “indi” NATO-ya dəvət edilməsini nəzərdə tutur.

İkinci bənd müdafiə sahəsini əhatə edir və buraya Rusiya ərazisində əməliyyatların davam etdirilməsi və onun ərazisinə zərbələrə məhdudiyyətlərin aradan qaldırılması, Rusiya aviasiyasının tərəfdaşlarla birgə məhv edilməsi, dron və raketlərdən istifadənin genişləndirilməsi, tərəfdaşların kəşfiyyat məlumatlarına əlçatanlıq daxildir. Bu bənd məxfi hissələrə sahibdir. 

Üçüncü bənddə Ukrayna öz ərazisində Rusiyadan gələ biləcək istənilən hərbi təhlükədən qorunmaq üçün kifayət edəcək qeyri-nüvə xarakterli strateji sistemlərin yerləşdirilməsini təklif edib. Bu bənddə də məxfi hissə yer alıb. Bu hissə ilə artıq ABŞ, Britaniya, Fransa, İtaliya və Almaniya liderləri tanış olub. 

Dördüncü bənddə isə Ukraynanın iqtisadi inkişafı və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi yer alıb. Burada da məxfi cümlə mövcuddur və onunla ABŞ və Aİ tanış ola bilər.

Beşinci bənd isə müharibəsonrası dövr üçün nəzərdə tutulub. Belə ki, müharibə başa çatdıqdan sonra ukraynalı hərbçilər öz təcrübələrindən NATO və Avropanın müdafiəsinin gücləndirilməsi üçün istifadə edə bilərlər. Qeyd olunub ki, Ukrayna hərbi birləşmələri müharibədən sonra Avropada ABŞ kontingentinin bir hissəsini əvəz edə bilər.

Xatırladaq ki, Zelenski öz planını təqdim etmək üçün ötən həftə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyada səfərdə olub. O, bundan əvvəl isə sentyabrda ABŞ-yə səfəri zamanı ölkə Prezidenti Co Bayden, vitse-prezident Kamala Harris və konqresmenlərə həmin planı təqdim etmişdi. 

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!