43 ay sonra PKK lideri ilə ilk görüş - Nələr danışılıb?

24 oktyabr, 2024 13:37

Türkiyənin DEM Partiyasının Şanlıurfa millət vəkili və Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan dünən İmralıda PKK lideri ilə görüşüb.

Ömər Öcalan bu barədə “X” platformasında məlumat yayıb.

“Abdullah Öcalanla sonuncu dəfə üzbəüz 3 mart 2020-ci ildə görüşmüşdük. Ailə olaraq illər sonra 23 oktyabr 2024-cu ildə onunla görüşdük. Qanuni haqq olaraq ailə görüşünün, şərtlər nə olur olsun, davam etməsini istəyirik”, - Ö. Öcalan qeyd edib.

Ömər Öcalan görüşdə Abdullah Öcalanın siyasi hadisələrlə bağlı ictimaiyyətə mesajı olduğunu yazıb:

“Təcrid davam edir. Şərtlər imkan verərsə, bu mərhələni münaqişə və zorakılıq zəminindən hüquqi və siyasi zəminə çəkəcək nəzəri və praktiki gücə sahibəm”.
Qeyd edək ki, MHP sədri Dövlət Baxçalı oktyabrın 22-də PKK lideri Abdullah Öcalandan PKK terror təşkilatını ləğv etmək şərtilə ümid haqqına müraciət edərək, Türkiyə Böyük Millət Məclisində (TBMM) DEM Partiya Qrup Toplantısında çıxış etmək üçün çağırış edib.

Bu çağırışdan bir gün sonra “Türk Aerokosmik Sənayesi” şirkətinin (TUSAŞ) Ankaranın Kahramankazan bölgəsində yerləşən obyektlərindən birində terror aktı törədilib.

Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Ankarada jurnalistlərə açıqlama verib:

“Xidmətlərimizə çatan məlumatlara görə, terror təşkilatı PKK-nın hücumda iştirak etdiyini kifayət qədər dəqiqliklə deyə bilərik”.

Məlumat üçün bildirək ki, 28 noyabr 1978-ci ildə Diyarbakırın Lice rayonunda qurulan PKK Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları (ABŞ), İngiltərə, Fransa, Türkiyə və bir çox başqa dövlətlər tərəfindən terror təşkilatı kimi qəbul edilir.

Rəsmi məlumatlara görə, PKK yaraqlıları 40 ilə yaxındır həyata keçirdikləri hücumlarda 15 minə yaxın insanı qətlə yetiriblər.

PKK lideri Abdullah Öcalan 1999-cu ildən terror təşkilatı qurmaq və ona rəhbərlik etmək ittihamı ilə ömürlük həbs cəzasına məhkum edildiyi Mərmərə dənizindəki İmralı həbsxanasındadır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR