Trampın Ağ Evə qayıdışı dünya liderlərinə necə təsir edəcək? - "Bloomberg" nəşri

07 noyabr, 2024 21:01

İkinci dəfə ABŞ prezidenti seçilən Donald Trampın dünya liderləri ilə münasibətləri qlobal hadisələri formalaşdıran əsas nüans olacaq. Bu səbəbdən də dünya liderləri Ağ Evə qayıdan Donald Trampla münasibətlərini yaxşılaşdırmaq istəyirlər.

ABŞ-nin “Bloomberg” nəşri Trampın Ağ Evə qayıtmasının hansı liderlərin xeyrinə, hansıların zərərinə olduğuna dair material dərc edib.

Həmin məqaləni ixtisarla təqdim edirik:

Ərdoğanla Tramp arasında olan səmimi əlaqələr keçmişə dayanır. Qeyd etmək olar ki, seçkinin nəticəsinə görə Ərdoğan qazanan liderlər arasındadır. Türkiyə lideri tez-tez onunla telefonda danışır, hətta Trampı “dostum” adlandırır. 

Bayden dövründən fərqli olaraq, Trampın prezident seçilməsi Ərdoğanın xeyrinədir. Trampın müharibə əleyhinə mövqeyi və ticarətə verdiyi önəm də Ərdoğanın xeyrinə ola bilər. Bununla belə, Ərdoğanın anti-İsrail ritorikası münasibətləri gərginləşdirə, Türkiyənin son vaxtlar Çinlə əməkdaşlığı artırmaq cəhdləri isə müəyyən mənada ABŞ ilə problemələrə səbəb ola bilər.

Trampın qayıdışı hindu milliyətçi siyasətlərinə və xaricdə məhkəməsiz qətllər iddialarına görə tənqidlərlə üzləşən Modi üçün bir ümid oldu. Modi və Trampın yaxın şəxsi əlaqələri var. Onlar tez-tez bir-birlərini ictimaiyyət qarşısında tərifləyir, özlərini dost, tərfdaş adlandırırlar. Bu səbəbdən Tramp administrasiyası Kanadanın Hindistan hökumətini müxaliflərə qarşı törədilən qətllərə görə məsuliyyətə cəlb etmək səylərini dəstəkləməyə bilər. Trampın Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq vədi də Modiyə Hindistanı ucuz neft və hərbi texnika ilə təmin edən Moskva ilə sıx əlaqələr saxlamaq imkanı verir.

Putin Trampın qayıdışını Qərbdəki parçalanmalardan istifadə etmək və Ukraynada daha çox qazanc əldə etmək üçün bir fürsət hesab edir.ABŞ-nin yeni prezidentinin NATO müttəfiqlərinin birliyinə meydan oxuyacağı və “Birinci Amerika” siyasəti ilə Ukraynaya yardımı kəsəcəyi gözlənilir.Lakin Trampın gözlənilməzliyi Kremldə narahatlıq doğurur ki, o, qısa müddətdə münaqişəni gərginləşdirərək Putini sövdələşməyə məcbur edə və bunun nüvə münaqişəsi kimi fəlakətli nəticələri ola bilər.

Krallığın faktiki hökmdarı Birləşmiş Ştatlarla əsas təhlükəsizlik paktını təmin etmək üçün uzun müddət dayanmış səyləri canlandırmaq imkanı əldə edəcək. Tramp İsrail ilə bir sıra ərəb ölkələri arasında diplomatik əlaqələr quran komandası ilə Səudiyyə Ərəbistanını da bura daxil etməyə çalışacaq. Əgər o, İsraili krallıqla sülh sazişi imzalamağa vadar edə bilsə, bu, ABŞ-nin təhlükəsizliyi üçün zəmanətə çevriləcək, İrandan gələn təhlükəni azaldacaq və Vaşinqtonun diqqətini öz iqtisadiyyatına cəmləməsinə imkan verəcək.

Meloni mahiyyətcə ifrat sağçı siyasətçi olaraq qalır və ABŞ seçkilərində kim qalib gəlsə, onunla da işləyəcəyinə dair söz verib. Meloninin İlon Maska yaxınlığı onun yeni ABŞ prezidentinə qısa zaman ərzində rəğbət bəsləməsinə səbəb ola biləcəyini deməyə əsar veir. Meloni NATO, Aİ və Ağ Ev arasında bir körpü rolunu oynayacaq.

Hazırki Prezident Co Bayden ilə gərgin münasibətləri olan Netanyahu Ağ Evdəki köhnə müttəfiqini sevinclə qarşılayacaq. Tramp çox güman ki, İsrailə dəstəyini gücləndirəcək. Bayden ABŞ-nin terror qruplaşması olaraq adlandırdığı HƏMAS-a qarşı İsrailin apardığı müharibədə həlak olan fələstinlilərin zərər görməsindən narahat olduğu üçün bəzi hərbi yardımları dayandırmışdı. Hələlik Trampın belə bir addım atacağına dair hər hansısa bir gözlənti yoxdur.

Bəlkə də Trampın qayıdışına ən çox sevinən şəxs Şimali Koreya lideri Kim Çen Indır. Kim Trampın ilk prezidentliyi dövründə onunla isti münasibət qursa da, bu münasibətlər sonda pisləşdi. Kim bundan sonra Amerikanın dialoqa olan bütün yanaşmalarını rədd etdi və Şimali Koreyanın kütləvi qırğın silahları arsenalı genişləndikcə Putinə yaxınlaşdı. Trampın qayıdışı ilə Kim regionda ABŞ-nin hərbi mövcudluğunu azaltmaq, eləcə də ABŞ,Yaponiya və Cənubi Koreya arasında artan hərbi əlaqələri zəiflətmək fürsətinə ümid edə bilər.

Zelenski Trampı təbrik edən ilk dünya liderlərindən biri olub. Lakin bu, Kiyevdə Respublikaçıların qələbəsi ilə bağlı dərin narahatlığın olduğunu gizlətmir. Ukrayna Trampın Rusiyaya ərazilərini verməsi və sülh danışıqlarında maliyyə və hərbi dəstəyi kəsməsi üçün təzyiq edə biləcəyindən narahatdır. ABŞ administrasiyasındakı dəyişiklik Rusiyanın ilhaq etdiyi dörd bölgədə Ukraynadan daha çox ərazi ələ keçirmək kampaniyasında yavaş-yavaş irəliləyiş əldə etdiyi bir vaxta təsadüf edir. Bayden Ukraynanın NATO-ya üzvlüyünə dəstək verməkdən çəkinsə də, Trampın müharibəni “24 saat ərzində” bitirmək vədi onun prioritetinin böhrandan çıxmaq olduğunu göstərir.

İran indiyədək Trampın prezidentliyə qayıdışının təsirlərinə əhəmiyyət verməyib. Lakin bu, Tehranın sanksiyalardan zərər çəkmiş iqtisadiyyatına təzyiqləri azaltmaq istədiyi nüvə proqramı üzrə diplomatiyasının yolunu bağlayır. İsrailin mühüm dəstəkçisi olan Tramp Ağ Evdəki son səlahiyyət müddətində Tehrana qarşı “maksimum təzyiq” siyasəti həyata keçirib. O, birinci müddətində tətbiq etdiyi ABŞ-nin sərt cəzalarını daha da sərtləşdirməklə İranı daha da təcrid etmək istəyə bilər. Lakin Tramp həm də son illərdə dəyişmiş və İranın “maksimum təzyiq” mövqeyini dəstəkləyən iki ölkə olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri düzəltdiyi regionla qarşılaşacaq.

Onun üçün Trampın qələbəsi pis bir vaxta təsadaüf etdi. Trampın 60%-lik tariflər hədəsi Amerika ilə ticarəti məhv edəcək və Çin iqtisadiyyatını ayaqda saxlayan yeganə əsas parlaq nöqtəni aradan qaldıracaq. Bu, həmçinin Cinpin hökumətinin böyüməni artırmaq və investorların inamını sabitləşdirmək üçün kütləvi stimul paketi hazırladığı bir vaxtda əlavə qeyri-müəyyənlik yaradır. Trampın ticarət balanssızlığı ilə bağlı Avropa İttifaqını ələ salması və ABŞ-nin Asiya müttəfiqləri qarşısında təhlükəsizlik öhdəlikləri ilə bağlı qətiyyətsizliyi də Cinpinə Baydenin dövründə pisləşmiş diplomatik münasibətləri düzəltmək üçün bir şanas verə bilər(azpolitika.info). 

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...13:40 - Bəşər Əsədi Moskvada zəhərləyiblər?

01 oktyabr

10:52 - Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı10:48 - Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kuleba10:45 - ABŞ-də hökumət böhranı - Bakıdakı səfirliyə də təsir etdi

30 sentyabr

12:23 - Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir12:21 - Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb12:19 - ABŞ 120 iranlını ölkəsinə qaytardı

29 sentyabr

09:02 - "Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP09:00 - Azərbaycana qarşı növbəti saxta kampaniya...08:59 - II Dünya Müharibəsində qalib gəldik, Ukraynada isə... - Rutte

26 sentyabr

12:02 - Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib...11:53 - Moskva vurula bilərmi? - "Bloomberg" nəşri11:46 - "İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil" - Aleksandar Vuçiç

23 sentyabr

14:20 - Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ14:17 - İşdən çıxarılanlar 150 nəfərə çatdı - ADY-də ixtisarlar14:14 - Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI

22 sentyabr

09:59 - "Gizli silah hazırlamışıq" - KXDR lideri09:58 - Rəqiblərimə nifrət edirəm, onlara yaxşılıq arzulamıram - Tramp