Rəsmi Bakı Suriyadakı yeni rejimə dostluq əli uzatmalıdırmı? - "Diplomatik böhran var"

26 dekabr, 2024 14:32

"Əminəm ki, Suriyada stabilliyi əldə etmək üçün Azərbaycan da ən az Türkiyə və bölgədə olan digər ölkələr qədər töhfə verəcək".

Bunu keçmiş xarici işlər naziri Tofiq Zülfiqarov bildirib.

O, Azərbaycan və Türkiyə prezidentlərinin telefon söhbəti zamanı Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyanın dirçəldilməsi üçün birgə səslər göstərilməsi barədə razılığı bu cür şərh edib.

“Bu yardım təkcə humanitar yox, digər sahələrdə də olacaq. Azərbaycanın lazımi imkanları mövcuddur. Əminəm ki, Suriyada stabilliyi əldə etmək üçün Azərbaycan da ən az Türkiyə və bölgədə olan digər ölkələr qədər töhfə verəcək", - deyə eks-nazir vurğulayıb.

O əlavə edib: "Hazırda suriyalıların öz ölkələrinə qayıdış dalğası müşahidə olunur. Onlara humanitar yardımın göstərilməsi əsas məsələdir. Onlara hansısa humanitar xidmətlərin göstərilməsi mümkündür. Yəni ümumən göstərilə biləcək yardım və dəstəyin siyahısı olduqca genişdir. Ancaq bunlar hələlik ehtimallardır. Düşünürəm ki, Ərdoğan və Əliyev arasında telefon söhbətində vəziyyətdən irəli gələn məsələlər müzakirə olunub”.

Tofiq Zülfüqarov Suriyada hakimiyyətə gəlmiş silahlı müxalifətə, o cümlədən "Heyət Təhrir əl-Şam" lideri Əhməd əl-Şəraaya (əl-Colaniyə) şübhələri qalmaması, xüsusən, onun terrorçu keçmişinə şübhələrin qalması rəyi ilə razılaşır.

"Sizcə, rəsmi Bakı yaxın vaxtlarda müvəqqəti hökuməti tanıması və onunla əməkdaşlıq etməsi düzgündürmü" sualına keçmiş nazir belə cavab verib:

“Suriyada hələlik 3 aylıq müddət ərzində müvəqqəti hökumət fəaliyyət göstərəcək. Sualda qoyulan məsələ ilə əlaqədar hələ hansısa konkret nəticəyə gəlmək, fikrimcə, tezdir. Çünki koalisiya hələ indi-indi formalaşır.

Əl-Şəraanın fəaliyyəti və gələcək addımlarından çox şey asılıdır. Gərək bəzi məsələlər öz yerini tapsın, münasibətlərin hansı səviyyədə qurulacağını daha sonra müəyyən etmək olar. Reallıq odur ki, dünyanın bir çox ölkəsi ilə hazırki Suriya rəhbərliyi arasında diplomatik böhran var”(yenisabah.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR