Əliyev-Paşinyan görüşü keçirilə bilər

16 yanvar, 2025 14:29

Yanvarın 20-dən 24-dək dünyanın müxtəlif ölkələrindən olan liderlər İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumunda əsas qlobal problemləri və 2025-ci il üçün prioritetləri müzakirə edəcəklər.

İclasda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı, eləcə də ABŞ-ın yeni Prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Olaf Şolz, Avropa Parlamentinin sədri Roberta Mezzola və digər rəsmilər iştirak edəcək. Ukrayna Prezidenti Vladimir Zelenski Forumda xüsusi müraciət edəcək.
Forumda İsrail Prezidenti İsaak Hersoq, Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa, həmçinin İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin də iştirak edəcəyi gözlənilir.

Suriyanın müvəqqəti xarici işlər naziri Əsəd əl-Şeybaninin də tədbirə qatılacağı qeyd edilir. Dünya İqtisadi Forumunun rəsmi saytının məlumatına görə, konfransda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin də Furumda iştirak edəcəyinə dair məlumat yayılıb.

Forumda həmçinin biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edəcək.

Tədbirdə ümumilikdə 3 min adam iştirak edəcək

Forumda qlobal iqtisadiyyatda yeni artım mənbələri, əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə almaqla biznes strategiyalarının uyğunlaşdırılması, insan kapitalının inkişafına investisiya qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, beynəlxalq səviyyədə həll yollarını inkişaf etdirmək üçün əməkdaşlıq etmək üçün yeni yollar tapmaq kimi məsələlər gündəmə çıxarılacaq.

Digər əsas mövzu süni intellekt olacaq – forumda onun tənzimlənməsi məsələləri qaldırılacaq.

Azərbaycan və Ermənistan liderlərinin eyni forumda iştirakı onlar arasında hər hansı görüşün mümkünlüyünü də gündəmə gətirir. Xatırladaq ki, İlham Əliyevlə Nikol Paşinyan sonuncu dəfə 2024-cü il oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində görüşüblər. Həmin görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR