Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır...

16 yanvar, 2025 15:32

İkinci Qarabağ Müharibəsindən sonra Qərb və Rusiyanın Cənubi Qafqaz uğrunda savaşı kuliminasiya nöqtəsinə çatır. Azərbaycan 2021-ci il iyun ayının 15-də Türkiyə ilə, 2022-ci il fevralın 22-də isə Rusiya ilə strateji müttəfiqlik bəyannaməsi imzaladı. Yaxın günlərdə İran-Rusiya arasında da strateji sənədin imzalanması gözlənilir. Bütün bunlar Cənubi Qafqazın taleyinin region ölkələrinin iştirakı ilə müəyyənləşdirilməsinin və regionda sabitliyin əldə olunmasının müsbət göstəriciləri hesab oluna bilər. Kənar müdaxilələr olmadan Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması isə regionda sabitliyin əsas qarantı ola bilərdi.

Lakin Ermənistan region ölkələri ilə hesablaşmadı. Öncə Avropa Birliyinin “mülki missiyası”nı sərhəddə yerləşdirdi. Quruma üzvlüklə bağlı prosedurlara başladı, ardınca Vaşinqtonla strateji müqavilə imzalayaraq ABŞ hərbçilərini sərhəddə gətirir. Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki mövqelərini tərk edib. Bununla yanaşı, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. ABŞ hərbçilərinin regiona gətirilməsi ilə İrəvanın Moskva və Tehranla münasibətlərinin aqressiv müstəviyə keçəcəyi şübhə doğurmur. İrəvan hər iki ölkənin “qırmızı xətti”ni tapdaladı – Rusiya-Ermənistan arasında 1995-ci ildə imzalanan müqavilənin şərtlərini pozdu; rus bazası ilə razılaşdırmadan regiona başqa ölkənin hərbçilərini gətirir, eləcə də ABŞ-ı İrana bir az da yaxınlaşdırdı. İran mühasirəyə alınır. Rusiyanın aqressiv addımlar atacağı şübhə yaratmır, amma İrəvanın bu addımı İranda susqunluq yaratmaqla yanaşı, rəsmi Tehranın əl-qolunu da bağlayıb. Ermənistan hesab edir ki, Rusiya onu Azərbaycan vasitəsilə cəzalandıra bilər, çünki Rusiyanın Ermənistanla sərhəddi yoxdur. ABŞ hərbçlərini sərhəddə gətirməklə bu “təhlükə”yə qarşı ABŞ hərbçilərini düzür. Yəni, ABŞ-la heç kəs döyüşməyəcək. Bu amil ictimaiyyətdə tez-tez müzakirə olunan Ermənstan-Azərbaycan arasında növbəti müharibə ehtimalını da sıfırlamış olur.

Qərbin Gürcüstanda yaratdığı xaos göz önündədir, ölkə hələ də davamlı sabitlik əldə edə bilmir. İndi proses Ermənistanda başlayır, Azərbaycanın sərhədlərində! Təhlükə bir az da yaxınlaşdı. Görünən budur ki, Cənubi Qafqazda çox pis ssenarilər planlaşdırılır. Hazırlıqlı olmalıyıq.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR