Yun Sok-yol həbsxanada olsa da, prezident olaraq qalır - Qiyam ittihamı

27 yanvar, 2025 13:47

Cənubi Koreya prokurorları prezident Yun Sok-yolu rəsmi olaraq üsyana rəhbərlik etməkdə ittiham edib. O, ölkə tarixində həbs olunan və cinayət işi ilə üzləşən ilk dövlət başçısıdır.

Bu barədə məlumatı yerli “Yonhap” agentliyi yayıb. Nəşr xəbər verir ki, Sok-yol keçmiş müdafiə naziri Kim Yong-hyun və başqaları ilə birlikdə hər hansı müharibə, silahlı münaqişə və ya milli böhran əlamətlərinin olmadığı bir şəraitdə hərbi vəziyyət tətbiq etməklə dövlət əleyhinə cinayətə qol qoyub.

Prokurorlar deyirlər ki, Sok-yol parlamentə hərbi qüvvələr göndərib ki, qanunvericilər onun elan etdiyi hərbi vəziyyətə qarşı səs verməsinlər.

Bundan əlavə, prezident, ittiham tərəfinin fikrincə, əsas siyasi fiqurların, o cümlədən parlamentin spikeri, müxalifət partiyalarının rəhbərləri və seçkilərə nəzarət orqanının rəsmilərinin həbsini planlaşdırıb.

Qeyd edək ki, ona qədər Yun Sok-yol vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinirdi, lakin bu ittihamlar ləğv edilib, çünki qanun vəzifədə olan prezidentə başqa cinayət ittihamlarından toxunulmazlıq verir. “Yonhap” qeyd edir ki, Cənubi Koreyada üsyan ömürlük həbs və ya ölümlə cəzalandırılır, lakin ölkədə bir neçə onilliklər ərzində edamlar həyata keçirilmir.

Prezidentin vəkilləri ittiham tərəfini tənqid edir, bildirirlər ki, prezidentin hərbi vəziyyət elan etməsi müxalifətin nəzarətdən çıxması nəticəsində yaranan milli böhran səbəbindən ictimaiyyət üçün ümidsiz bir müraciət olub.

Yun Sok-yol yanvarın 15-dən həbsdədir. Müstəntiqlər onu yalnız ikinci cəhddə saxlaya biliblər.

Prezident dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyət elan edib. O, bunu konstitusiya quruluşunu “kommunist qüvvələrdən” qorumaq zərurəti ilə izah edib. Onun sözlərinə görə, müxalifətin hərəkətləri səbəbindən bu tədbirə əl atıb.

Elə həmin gecə parlament prezident fərmanının ləğvinə səs verib, bundan sonra Yun Sok-yol onu ləğv etməyə razı olub. Növbəti bir neçə gün ərzində prezident və bir sıra digər məmurlara qarşı istintaq başladılıb.

Dekabrın 14-də Cənubi Koreya parlamenti ikinci cəhddə prezidentin impiçmentini dəstəkləyib və onun səlahiyyətləri dayandırılıb. İş Konstitusiya Məhkəməsinə göndərilib və o, 180 gün ərzində prezidentin vəzifəsindən kənarlaşdırılması və ya bərpası barədə qərar qəbul etməlidir. Məhkəmə qərar verənə qədər Yun Sok-yol rəsmən prezident olaraq qalır. O, vəzifədən uzaqlaşdırılarsa, ölkədə 60 gün ərzində prezident seçkiləri keçirilməlidir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR