Paşinyan Ağ evdə ABŞ vitse-prezidenti ilə nəyi müzakirə edib?

07 fevral, 2025 15:35

Vaşinqtonda səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşüb. Görüş Ağ Evdə keçirilib.

Ermənistan baş naziri ofisinin yaydığı məlumata görə, görüş zamanı ABŞ və Ermənistan arasında ikitərəfli əlaqələr, həmçinin regionun gündəmi müzakirə olunub.

Paşinyanın ofisi görüşün detalları ilə bağlı əlavə məlumat verməyib.

N.Paşinyan 5-ci Beynəlxalq Dini Azadlıq Sammitində iştirak etmək üçün Vaşinqtona səfər edib.

Paşinyan: Sülh müqaviləsi ilə bağlı 17 maddədən 15-ü üzrə tam razılığa gəlinib

Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-yə səfəri çərçivəsində "Atlantic Council" beyin mərkəzində keçirilən tədbirdə Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışıb. Prosesdəki irəliləyişə toxunan Ermənistan baş naziri "Bu irəliləyişin miqyasını təsəvvür etməniz üçün bildirim ki, hazırda Azərbaycanla sülh müqaviləsi müzakirə olunur və 17 maddədən 15-i üzrə tam razılığa gəlinib. Yalnız iki məsələ hələ də açıq qalır və biz prosesi ən qısa zamanda yekunlaşdırmağa ümid edirik. Azərbaycanla ikitərəfli şəkildə işlədiyimiz halda, beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi uzunmüddətli sülh üçün lazımi şəraitin yaradılmasında həlledici rol oynayacaq", - deyə bildirib.

Baş nazir Paşinyan deyib ki, hələ ki razılaşdırılmayan iki müddəa - üçüncü ölkələrin, xüsusilə Avropa müşahidəçilərinin (Avropanın Ermənistandakı Mülki Missiyası) Ermənistan sərhədindən çıxarılması və tərəflərin bir-birinə qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddiaların geri götürülməsidir.

"Azərbaycan sərhəd boyunca üçüncü qüvvələrin yerləşdirilməsini qadağan edən bir maddə təklif edir və burada Avropa İttifaqının mülki missiyasından söhbət gedir. Biz Azərbaycanın bu istəyini nəzərə alaraq öz növbəmizdə bu maddənin ikitərəfli sərhədin demarkasiya edilmiş hissələrinə tətbiq olunmasını təklif etmişik", – Nikol Paşinyan əlavə edib.

Paşinyan ilk dəfə bu təklif barədə 2024-cü ilin noyabrında İrəvanda Ermənistan İctimai Televiziyasına müsahibəsində məlumat verib.

Ermənistan baş naziri əlavə edib ki, bu təkliflə bağlı hələ rəsmi Bakıdan cavab gözləyirlər.

"Ümid edirik ki, bu, çox tezliklə baş verəcək"

"Digər müddəa tərəflərin bir-birinə qarşı beynəlxalq instansiyalarda irəli sürdüyü iddiaların geri götürülməsi ilə bağlıdır. Ümumiyyətlə, bu ideyaya qarşı çıxmırıq, lakin bizim təklifimiz var: şikayətlərin yalnız beynəlxalq instansiyalardan geri çəkilməsi deyil, həm də bu məsələlərin ikitərəfli münasibətlərdə qaldırılmamasıdır. Təklifimiz odur ki, mübahisəli mövzulardakı müzakirələrə son qoyaq və yeni, təmiz bir səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni bir dövr açaq", –Paşinyan vurğulayıb.

O, Bakı və İrəvanın iki maddə istisna olmaqla, artıq bütün digər "önəmli və həssas məsələlər" üzrə razılığa gəldiyini əlavə edib. O, Cənubi Qafqazda indi sülhün "əlçatan" olduğuna inandığını deyib.

"Məsələn, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü sovet sərhədləri çərçivəsində tanımaq barədə razılığa gəlib. Həmçinin razılaşmışıq ki, tərəflər bir-birinə qarşı ərazi iddiaları irəli sürməyəcək və gələcəkdə də belə iddialar qaldırmayacaq," –Paşinyan bildirib.

Təxminən bir saatlıq çıxışında Nikol Paşinyan Ermənistan və Türkiyə münasibətlərinə də toxunub. O bildirib ki, Ermənistanın Türkiyə ilə dialoqu heç vaxt indiki qədər aktiv olmayıb.

"Amma bir çox incə məqamlar var və real nəticə əldə etmək üçün əlavə və son səylər tələb olunur. Ümid edirik ki, bu, çox tezliklə baş verəcək", – o əlavə edib, lakin təfərrüat verməyib.

Azərbaycan indiyədək Ermənistan konstitusiyasına dəyişiklik etməyi də sülh sazişi üçün əsas tələblərdən biri kimi səsləndirib, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının olduğunu bildirib. Paşinyan konstitusiya islahatı üzrə şura yaratsa da, Azadlıq Radiosunun erməni xidməti bu şuranın ötən il heç bir iclas keçirmədiyini yazırdı.

Paşinyan özü də son çıxışlarında konstitusiyada ərazi iddialarının olmadığını deyir, əksinə, oxşar fikirləri Azərbaycan konstitusiyası ilə bağlı səsləndirirdi. Rəsmi Bakı bu iddiaları təkzib edib./Azadlıq Radiosu

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...13:40 - Bəşər Əsədi Moskvada zəhərləyiblər?

01 oktyabr

10:52 - Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı10:48 - Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kuleba10:45 - ABŞ-də hökumət böhranı - Bakıdakı səfirliyə də təsir etdi

30 sentyabr

12:23 - Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir12:21 - Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb12:19 - ABŞ 120 iranlını ölkəsinə qaytardı

29 sentyabr

09:02 - "Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP09:00 - Azərbaycana qarşı növbəti saxta kampaniya...08:59 - II Dünya Müharibəsində qalib gəldik, Ukraynada isə... - Rutte

26 sentyabr

12:02 - Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib...11:53 - Moskva vurula bilərmi? - "Bloomberg" nəşri11:46 - "İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil" - Aleksandar Vuçiç

23 sentyabr

14:20 - Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ14:17 - İşdən çıxarılanlar 150 nəfərə çatdı - ADY-də ixtisarlar14:14 - Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI

22 sentyabr

09:59 - "Gizli silah hazırlamışıq" - KXDR lideri09:58 - Rəqiblərimə nifrət edirəm, onlara yaxşılıq arzulamıram - Tramp