Almaniya müharibəyə hazırlaşır

01 aprel, 2025 11:56

Almaniya ordunun maliyyə qaydalarına qoyulan məhdudiyyətləri aradan qaldıran yeni qanunu qəbul etdikdən sonra hərbi xərclərini əhəmiyyətli dərəcədə artırmaq imkanı əldə edib.

Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karsten Breuer BBC-yə verdiyi açıqlamada bildirib ki, bu artımın səbəbi Rusiyanın yalnız Ukrayna ilə məhdudlaşmayan aqressiyasıdır.

"Rusiya tərəfindən təhdid olunur, Putin tərəfindən təzyiq altında qalırıq. Buna qarşı mübarizə aparmaq üçün lazım olan hər şeyi etməliyik", - o qeyd edib.

Breuer NATO-nun dörd il ərzində mümkün bir hücuma hazır olması gərəkdiyini vurğulayıb: "Məsələ bizim nə qədər vaxta hazır olacağımız deyil, Putinin bizə nə qədər vaxt verəcəyidir".

Almaniyanın hərbi doktrinası və təhlükəsizlik siyasəti son illərdə ciddi dəyişikliklərə məruz qalıb. Rusiya-Ukrayna müharibəsi fonunda ölkə uzun illərdən bəri davam edən passiv mövqeyindən imtina edib, daha aqressiv hərbi strategiyaya yönəlir.

İkinci Dünya Müharibəsindən sonra Almaniya uzun illər militarizmdən uzaq durmağa çalışıb. Berlinin Ukraynaya dəstək verməkdə tərəddüd etməsi də bu tarixi yanaşmadan irəli gəlirdi. Lakin Rusiya ilə münasibətlərdə aparılan yumşaq siyasət özünü doğrultmayıb. Keçmiş kansler Angela Merkel dövründə Berlin Moskva ilə ticarət əlaqələrinin Rusiyanı dəyişdirəcəyinə ümid edirdi. Amma nəticə tam əksi oldu: Rusiya Ukraynaya hücum etdi.

Buna cavab olaraq, Almaniya kansleri Olaf Şolts 2022-ci ilin fevralında ordunun gücləndirilməsi üçün 100 milyard avro ayrılacağını elan etdi. General Breuer isə bu məbləğin kifayət etmədiyini deyir: "Bu vəsait bizə ancaq yollarımızdakı çuxurları doldurmağa bəs etdi. Real vəziyyət isə çox daha pisdir."

General Breuer Almaniyanın ordusunun çatışmazlıqlarını aradan qaldırmaq üçün daha böyük miqyasda investisiyalara ehtiyacı olduğunu bildirir. O, Rusiyanın təkcə döyüş meydanında deyil, həm də kiber hücumlar, sabotaj və dron kəşfiyyatı vasitəsilə Almaniyanı təhdid etdiyini qeyd edir:

"Rusiya dar çərçivədən baxmır. Artıq klassik barış və müharibə anlayışı keçərli deyil. Münaqişə əvvəlcə hibrid formada başlayır, sonra şiddətlənir, bir müddət sonra isə sakitləşir. Bu da Almaniya üçün real təhlükədir."

Son illər Almaniyada orduya baxış da dəyişməyə başlayıb. 18 yaşlı Şarlotta Kreft bu barədə deyir:

"Biz uzun illər inanırdıq ki, İkinci Dünya Müharibəsindəki vəhşiliklərimizin cəzasını hərbi gücdən imtina etməklə ödəməliyik. Amma indi dəyərlərimiz, demokratiyamız və azadlığımız üçün mübarizə aparmaq məcburiyyətindəyik."

Almaniya ordusu Bundesverin (Bundeswehr) hazırda ciddi kadr çatışmazlığı var. General Breuer ordunun 100 min əlavə əsgərə ehtiyacı olduğunu və ümumi hərbi qüvvənin 460 min nəfərə çatdırılmalı olduğunu bildirib. Bunun üçün məcburi hərbi xidmətin geri qaytarılması müzakirə olunur.

General Breuer hərbi islahatların cəmiyyət tərəfindən qəbul edilməsi üçün intensiv təbliğat aparır. O, bir tədbirdə iştirak edən qadının "Siz məni qorxudursunuz" sözlərinə belə cavab verib: "Sizi qorxudan mən deyiləm, o biri adamdır!" "O biri adam" isə Vladimir Putindir.

Almaniyada hərbi gücün artırılması, ABŞ-ın xarici siyasətinin qeyri-müəyyənliyi fonunda daha da aktuallaşıb. YouGov sorğusuna əsasən, almanların 79%-i Putini, 74%-i isə Donald Trampı Avropa təhlükəsizliyi üçün təhlükə hesab edir.

Hazırda Almaniya bu yeni strategiyanı qəbul edib-etməməklə bağlı seçim qarşısındadır. General Breuer isə heç bir şübhə saxlamır: "Biz dəyişmək məcburiyyətindəyik."

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR