Bayden prezident seçilsə, ABŞ-ın Türkiyə siyasəti dəyişəcəkmi? - TƏHLİL

06 noyabr, 2020 00:35

Məhərrəm Sarıqaya

“Habertürk”

Utancaq mühafizəkar seçicilərin rəy sorğusu keçirənləri yenə də aldatdıqları ABŞ-da hər şey kilidləndi, ortada qaldı. Uzun müddət ərzində nəticə alınmaması, prosesin tıxanıb qalması ehtimalı da yüksəkdir.

Ancaq ABŞ sisteminin öz daxili hərəkət mexanizmi güclü olduğu üçün bu durumun çox da uzun müddət bu şəkildə qalacağına kimsə ehtimal vermir.

İndi isə seçkilərə Ankaradan baxışa gələk. Trampın öz vəzifəsinə davam etməsi nəticəsi çıxarsa, ABŞ-la münasibətlərə baxış əslində çox dəyişməyəcək.

Orta Şərqlə bağlı münasibətlərdə yaşanan gərginlik, bəlkə də, daha bir ton artaraq davam edəcək. Çünki bir daha seçilməmə kimi bir riski olmayacağı üçün Tramp, ABŞ-ın ağırlıq verdiyi siyasətlərdən sapmadan, bir dövlət adamı kimliyini qorumağa çalışacaq. Əlaqələrimiz bu gün olduğu kimi, “kor” və “topal” irəliləyəcək. Hələ Senatda da durumun, demək olar ki, başa-baş getdiyini nəzərə alsaq, Ankarada dünənkindən daha yaxşı bir vəziyyət gözlənilmir.

Baydenin qalib gələcəyi təqdirdə, problemlərin daha çox olacağını Ankarada çox adam qəbul edir. Çünki Tramp vəzifə başına gəldikdən sonra xüsusilə xarici işlər və kəşfiyyat orqanlarından bir çox şəxsin uzaqlaş(dırıl)masını təmin etdi. Onların əksəriyyəti Türkiyə ilə problemli şəxslər idi. Hamısı da Baydenlə işləməyə başladı. Seçki kampaniyası dövründə hamısı öz üzərlərinə önəmli vəzifələr götürdülər və BaydeninTürkiyəyə yönəlik mənfi çıxışlarının əsas səbəbkarları oldular.

Bunlara baxaraq Baydenin seçildiyi halda Türkiyə ilə olan problemlərin daha çox pisləşəcəyini düşünməyin. Doğrusu, Ankarada bu məsələ ilə məşğul olan şəxslər də bu nöqtəyə vurğu edir.

Öncəliklə nəzərə almaq lazımdır ki, Bayden Türkiyəni tanıyır, iki ölkə arasındakı əlaqələrin inkişaf tarixini bilir.

İkincisi, qarşısındakı ölkə Afrikadakı və ya Okeandakı kiçik ölkələrdən biri deyil.

Türkiyənin geopolitik önəmi

Geopolitik önəmi olan, NATO-nun 2-ci ordusuna sahib bir ölkəni yox saymaq və ya tam olaraq üstünə getmək ehtimalı, xüsusilə də Şərqi Aralıq dənizində daşların yenidən düzüldüyü bir dövrdə, elə də çox deyil.

Təbii ki, S-400, Xalqbank, Şərqi Aralıq dənizi, Suriya və kürd siyasətlərilə bağlı olaraq fikir ayrılıqları yaşanacaq. Lakin unudulmamalıdır ki, Obama ilk seçki kampaniyası dövründə qondarma “erməni soyqırımı”nı tanıyan ilk prezident olacağını söyləmişdi, ancaq bu yöndə heç bir addım atmadı.

Bundan əlavə, Klinton və Obamanın ilk hakimiyyət illəri Türkiyə-ABŞ əlaqələrində ən rahat dövrlər olmuşdur.

Bütün bunlar nəzərə alınarsa, ikisindən hansı biri gələrsə gəlsin, yekunda heç biri təkbaşına baharı gətirməyəcək.

Ayrıca, unudulmasın ki, ölkələrin dostluqları, düşmənçilikləri yoxdur, maraqları vardır. Diplomatiyanınn çarxı da bu mərkəzin ətrafında dönər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR