"Ermənistana dedik ki, Kəlbəcər və Laçını saxlayın, 5 rayonu qaytarın" - Lavrov

21 may, 2025 16:19

“Ermənistanın ilk rəhbərlərindən heç biri Rusiyaya “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımaq təklifi etməyib”.

​​​​​​​Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 21-də Ermənistan və Rusiya xarici işlər nazirləri arasında keçirilən birgə mətbuat konfransında deyib.

Azərbaycanın 44 günlük müharibədə istifadə etdiyi silahların əksəriyyətinin Rusiya və Belarus istehsalı olması ilə bağlı jurnalistin sualını cavablandıran Lavrov Ermənistanın müstəqillik əldə etdikdən sonra “Dağlıq Qarabağ”da 7 rayonu tutmaq üçün Rusiya silahlarından istifadə etdiyini vurğulayıb.

“Rusiya silahları Azərbaycanın 7 rayonunu şəksiz tutmaq və orada istehkamlar, hərbi xətlər qurmaq üçün istifadə olunub. Bu da hesablamanın həmin ərazilərin uzun müddət əldə saxlanılması üçün aparıldığını göstərir. Bəzi analitiklərin fikrincə, bu istehkamların xarakteri göstərir ki, onların heç vaxt Azərbaycana qaytarılması planlaşdırılmayıb”, - Lavrov bildirib.

O əlavə edib ki, Rusiya silahlarından Afrikada da istifadə olunur.

Lavrovun sözlərinə görə, müxtəlif ölkələrdə Rusiya silahları var, lakin bu o demək deyil ki, həmin silahlar hər yerdə hamını qane edəcək məqsədlər üçün istifadə olunur.

Rusiyadan Ermənistana reallaşdırılmamış silah tədarükünə gəlincə, Lavrovun sözlərinə görə, bu gün həmin məsələ müzakirə edilib, həll olunub və ödənişlər başqa məqsədlərə yönəldilib.

“Yeni təchizatla bağlı burada heç bir ziddiyyət yoxdur. İndi elə bir vəziyyətdəyik ki, tarixdə ilk dəfə deyil, faşist şüarları ilə Zelenski rejimini ön plana çıxaran bütün Avropaya qarşı mübarizə aparmaq məcburiyyətindəyik. Bu vəziyyətdə Ukraynaya böyük miqdarda müasir silahlar verilir və bu, bizim cavabımızı tələb edir”, - Lavrov bildirib.

O, əmindir ki, erməni tərəfdaşlar anlayırlar ki, bu vəziyyətdə bəzən bütün öhdəlikləri göstərilən müddətlərdə yerinə yetirmək mümkün olmur.

“Lakin müqavilədə nəzərdə tutulan bütün vəsaitlər Ermənistana verilir və proses davam edəcək”.

Başqa ölkələrdən silah alınmasına gəlincə, Lavrovun sözlərinə görə, onlar bunun əleyhinə deyillər, bu, Ermənistanın seçimidir.

Lavrov bir daha vurğulayıb ki, “Dağlıq Qarabağ” məsələsində heç kim Rusiyanı qınaya bilməz, çünki 20 ilə yaxındır ki, Rusiya liderləri Putin və Medvedev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün addımlar atıb, təkliflər veriblər.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri məsələnin yekun həllini sonraya buraxaraq, aralıq mərhələ kimi Ermənistan və Qarabağı birləşdirən Kəlbəcər və Laçın rayonlarını saxlamaqla 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı kompromis təklifini xatırladır. Rusiya xarici işlər nazirinin sözlərinə görə, Rusiyanın bu təklifi dəfələrlə rədd edilib.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR