Çinə vizasız rejim Azərbaycan üçün nə vəd edir?

27 iyun, 2025 12:20

Pekində aprelin 23-də imzalanmış “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” iyulun 16-da qüvvəyə minir. Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.

Sazişə əsasən, Azərbaycanın etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində 30 gündən çox olmamaqla və hər 180 günlük dövr ərzində ümumilikdə 90 gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

Yeni saziş Azərbaycan üçün nə vəd edir?

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli modern.az-a açıqlamasında bildirib ki, viza rejiminin aradan qaldırılması  Azərbaycan və Çin xalqları arasında təmasların intensivləşməsinə, insanlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın güclənməsinə imkan yaradacaq. Bu isə ümumilikdə iki ölkənin cəmiyyətlərini bir-birinə daha da yaxınlaşdıracaq:

“Ümumilikdə götürdükdə, viza rejiminin ləğvi Azərbaycan ilə Çin arasında qurulan yeni strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində önəmli addımlardan biridir. Bildiyiniz kimi, son illər bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf edib və atılan bu addım həmin münasibətlərin dərinləşməsinə xidmət edir”.

M.Məmmədli vurğulayıb ki, bu konteksdə Azərbaycan-Çin münasibətlərinə daha geniş baxışla yanaşsaq, deyə bilərik ki, strateji tərəfdaşlıq münasibətlərinin güclənməsi Cənubi Qafqaz regionunda mövcud qüvvələr nisbətinə və geosiyasi balanslara da təsir göstərir:

“Məlum olduğu kimi, Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir, yəni müxtəlif güc mərkəzləri ilə balanslı və qarşılıqlı faydalı əlaqələr qurur. Bu güc mərkəzlərindən biri də şübhəsiz ki, siyasi, iqtisadi və hərbi baxımdan qlobal miqyasda təsirə malik olan Çin Xalq Respublikasıdır”.

Siyasi şərhçi onu da əlavə edib ki, Çinin Cənubi Qafqaz regionundakı mövqelərinin və rolunun güclənməsi Azərbaycanın milli maraqları ilə üst-üstə düşür:

“Azərbaycan, öz çoxvektorlu xarici siyasəti çərçivəsində bu kimi təşəbbüslərlə həm milli maraqlarını təmin edir, həm də yerləşdiyi regionda əlverişli geosiyasi konfiqurasiyanın formalaşmasına nail olur”,- deyə M.Məmmədli bildirib.

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edir ki, Azərbaycanla Çin arasında viza rejiminin qarşılıqlı ləğvi iki ölkə arasında səfərlərin sayının artmasına səbəb olacaq: "Lakin bu addım biznes əlaqələrinə ciddi təsir göstərməyəcək”.

İqtisadçı əlavə edib ki, iş adamları və biznes qurmaq istəyən şəxslər viza məsələsində indiyə qədər də ciddi çətinliklərlə qarşılaşmayıblar. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Çinə, Çin vətəndaşları isə Azərbaycana problemsiz şəkildə səfər edə bilirlər:

"Bu baxımdan vizasız rejimin tətbiqi daha çox turizm sahəsində öz müsbət təsirini göstərə bilər. Çin dünyada ən çox turist göndərən ölkələrdən biridir. Hər il təxminən 150-200 milyon Çin vətəndaşı xarici ölkələrə səfər edir. Bu böyük axının kiçik bir hissəsini belə Azərbaycana cəlb etmək mümkün olsa, bu, ölkə turizmi üçün ciddi irəliləyiş olar".

Ekspertin fikrincə, Çinli turistlər səfər etdikləri ölkələrdə mədəniyyətə, tarixə, muzeylərə, yerli mətbəxə və ənənələrə böyük maraq göstərirlər: 

“Bu da təkcə turizm sektoruna deyil, eyni zamanda ictimai iaşə obyektlərinə - kafelərə, restoranlara, muzeylərə, habelə xidmət sektoruna müsbət təsir göstərə bilər. Nəticə etibarilə bu amil Azərbaycanın iqtisadiyyatına əlavə gəlir gətirə bilər”,- deyə N.Cəfərli sonda bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR