Son 30 ildə keçmiş SSRİ ölkələrinin iqtisadiyyatı necə inkişaf edib? - Tam siyahı

04 sentyabr, 2025 13:15

SSRİ-nin dağılmasından sonra keçmiş sovet respublikaları iqtisadi baxımdan fərqli inkişaf yolu keçiblər.

Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı məlumatlara görə, son 30 ildə – 1995–2025-ci illərdə bu ölkələrdə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi artsa da, ölkələr arasında böyük fərqlər yaranıb.

BVF-nin 2025-ci il üçün proqnozlarına əsasən, son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib. Belə ki, 1995-ci ildə 300 dollar olan adambaşına ÜDM 2025-ci ildə 7,6 min dollara yüksələrək 25 dəfədən çox artıb. Bu göstərici postsovet məkanında rekord sayılır.
Azərbaycanla yanaşı, Gürcüstan da diqqətçəkən nəticə göstərib. 1995-ci ildə 400 dollar olan adambaşına ÜDM 2025-ci ildə 9,6 min dollara çataraq 24 dəfə artıb. Ermənistan isə 22 dəfədən çox artımla regionun ən sürətlə inkişaf edən ölkələrindən biri olub.
Baltik ölkələri də böyük irəliləyişlər nümayiş etdiriblər. Litvada 16 dəfə, Estoniyada 12 dəfə, Latviyada isə 11 dəfədən çox artım qeydə alınıb. Bu ölkələr Avropa İttifaqına inteqrasiya və struktur islahatlar nəticəsində hazırda ən yüksək adambaşına ÜDM-yə sahibdirlər.
Moldova da 16 dəfədən çox artım göstərib. Tacikistan isə çox aşağı bazadan başlasa da, 14 dəfə artımla nisbətən yaxşı göstəriciyə nail olub.

Ən zəif artım isə Türkmənistan və Özbəkistanda qeydə alınıb. Hər iki ölkədə artım cəmi 5,8 dəfə olub. Rusiya (6,2 dəfə) və Belarus (7,9 dəfə) da nisbətən zəif artımla fərqləniblər.

Onu da qeyd edək ki, 1995-ci ildə keçmiş sovet məkanında ən yüksək adambaşına düşən ÜDM-yə malik ölkə Estoniya (2,7 min dollar) olub. 2025-ci ildə də Estoniya bu liderliyini qoruyub saxlayaraq adambaşına düşən ÜDM-i 32,8 min dollara çatdırıb.

Ən böyük irəliləyiş Litva və Gürcüstanda qeydə alınıb. Litva 1995-ci ildə 1,9 min dollardan 2025-ci ildə 30,8 min dollara yüksələrək sıralamada 3 pillə irəliləyib və 2-ci yeri tutub. Gürcüstan isə 6 pillə irəliləyib.

Qazaxıstan da 3 pillə yüksələrək (1,1 mindən 14,8 min dollara) 4-cü yerdə qərarlaşıb. Ermənistan (+3) və Azərbaycan (+7) da irəliləyiş göstərən ölkələr sırasındadır.

Ən çox geriləyən ölkələr sırasında Rusiya (-3 pillə), Türkmənistan (-3), Belarus (-4), Ukrayna (-4) və Özbəkistan (-4) var. Rusiya 1995-ci ildə 2-ci yerdə olduğu halda, 2025-ci ildə 5-ci sırada yer alıb.

MDB ölkələri arasında ən aşağı göstəricilər Tacikistandadır. 1995–2025-ci illərdə postsovet ölkələrində adambaşına düşən ÜDM belə dəyişib:​​​​​​​

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR