"Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP

29 sentyabr, 2025 09:02

Çin mühəndisləri dünyada ilk dəfə olaraq yerin dərinliyində yerləşdirilmiş hədəfə üç nüvə zərbəsinin vurulmasının nəticələrini analiz edən laborator eksperiment keçiriblər.

"South China Morning Post" (SCMP) qəzetinin istinadən məlumatına görə, eksperimentin məqsədi düşmən bunkerlərinin tam məhv edilməsinə yönəlmiş qabaqcıl hərbi texnologiyaların sınaqdan keçirilməsidir.

Nəşr qeyd edib ki, Nankin şəhərində Çin Xalq Azadlıq Ordusu Mühəndislik Universitetinin dosenti Sü Syaohueyin rəhbərlik etdiyi qrup dünyanın ilk çoxsaylı nüvə partlayışlarının nəticələrini, xüsusilə də eyni yeraltı hədəfə üç nüvə başlığının zərbəsini modelləşdirə bilən sistemini hazırlayıb.

İyun ayında Amerika hərbçiləri İranın nüvə obyektlərinə bunkeri məhv edə bilən bir neçə güclü bomba atmaqla zərbə endiriblər. SCMP qeyd edib ki, ABŞ rəsmiləri obyektlərin tamamilə məhv edildiyini bildirməsinə baxmayaraq, bu obyektlərin əsas hissəsinin, çox güman ki, salamat qaldığına dair məlumatlar ortaya çıxıb. Bu o deməkdir ki, hətta ən güclü adi silahlar belə böyük dərinlikdə möhkəmləndirilmiş yeraltı hədəfləri məhv etməyə bilər.

Sü Syaohueyin rəhbərlik etdiyi qrupun üzvləri iddia ediblər ki, torpağa nüfuz edən yeni, aşağı güclü, yüksək dəqiqlikli nüvə silahı artıq bəzi ölkələrin, xüsusilə də ABŞ-nin arsenalında var və digər dövlətlər tərəfindən hazırlanır. Lakin indiyədək belə çoxsaylı nüvə zərbələri yalnız nəzəriyyədə mövcud idi. Çinli alimlər iddia ediblər ki, vakuum kamerası əsasında belə zərbələri modelləşdirməyə imkan verən yeni bir test sistemi yarada biliblər.

Onlar belə nəticəyə gəliblər ki, bir neçə nüvə başlığı ilə dəqiq, sinxronlaşdırılmış zərbələrə nail olmaq üçün hipersəs yüksək dəqiqlikli çatdırılma sistemləri, qabaqcıl uçuş idarəetmə və vaxt sinxronizasiya sistemləri, həmçinin başlıqların detonasiya ardıcıllığını əlaqələndirmək üçün etibarlı idarəetmə, nəzarət və rabitə sistemləri daxil olmaqla, qabaqcıl silahlardan istifadə etmək lazım olacaq. Araşdırmaya görə, bu imkanlara ənənəvi nüvə silahları malik deyil, lakin son vaxtlarda yerləşdirilmiş bəzi müasir silahlar bu problemləri həll edə bilərdi.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR