Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı

01 oktyabr, 2025 10:52

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) böyük məbləğdə tendersiz satınalmaları məlum olub.

“Azsiyaset” “Fed.az”a istinadla xəbər verir ki, söhbət eyni xidmətin bir neçə hissə ilə eyni şirkətə sifariş verilməsindən gedir.

Belə ki, AYNA Bakı şəhəri və respublikanın digər ərazilərində xətləmə və nişanlama işi ilə bağlı böyük sifarişləri tendersiz olaraq “STP-BTECH” MMC-yə verib. Agentliklə “STP-BTECH” MMC-nin əməkdaşlığı 2024-cü ildən, “STP-BTECH” yaranandan dərhal sonra başlayıb. Ölkə ərazisində, o cümlədən Bakı şəhərində nişanlanma işləri üçün Agentlik “STP-BTECH”ə 3 milyon 669 min manatlıq sifariş verib. Təxminən həmin vaxtda Agentlik "STP-BTECH" MMC ilə tendersiz 2-ci müqaviləsini bağlayıb - təmir olunan küçə və prospektlərdə, eləcə də əsas magistral yollarda yol nişanlarının quraşdırılması və xətlənmə işləri üzrə müqaviləyə əsasən Agentlik bu işlərə görə şirkətə 16 milyon 924 min manat vəsait ödəməlidir. 2025-ci ilin mayında şirkət AYNA-dan növbəti tendersiz sifariş alıb - "STP-BTECH" ilə (VÖEN-i 2907446991) respublika ərazisində xətlənmə işləri üçün 17 milyon 603 min manatlıq müqavilə imzalanıb. Bundan cəmi 1 ay sonra AYNA "STP-BTECH" ilə yenə də respublika ərazisində yolların nişanlanma işlərinin satın alınması üzrə tendersiz müqavilə imzalayıb – bunun məbləği 14 milyon 692 min manat olub.

Başqa sözlə, AYNA demək olar ki, eyni tipli işlərin görülməsi üçün bir ildən də az olan müddətdə eyni şirkətə 52,9 milyon manatlıq tendersiz sifariş verib. Maraqlıdır ki, adətən tendersiz, bir mənbədən olan müqavilələr mürəkkəb, bir şirkətin həyata keçirməsi ilə mümkün olan işlər üzrə bağlanılır. Yolların xətlənməsi xidməti isə belə işlərə aid deyil.

Xatırladaq ki, "STP-BTECH" MMC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 240 min manat, qanuni təmsilçisi Emre Yalcındır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR