Qəzza müharibəsi başa çatdı - Kim itirdi, kim qazandı...

14 oktyabr, 2025 12:31

Ötən gün Qırmızı dəniz sahillərində ABŞ, Misir, Qətər və Türkiyə arasında Qəzzada atəşkəs barədə sənəd imzalanıb. Maraqlıdır ki, imzalanma mərasimində Qəzzada döyüşən tərəflər - İsrail və HƏMAS nümayəndələri iştirak etməyiblər.

Tramp gələn həftədən etibarən Yaxın Şərqdə yeni vəzifəyə başlayacaq. O, Qəzza sektoruna nəzarəti bərpa etməyə yönəlmiş “İdarəetmə Şurası”nın rəhbəri olacaq. Bu struktur bölgə sakinləri tərəfindən seçilməsə də, müşahidəçilər Trampın prosesə şəxsən qoşulmasını atəşkəsin qorunması üçün mühüm amil sayır.

Trampın planı 20 maddədən ibarətdir və siyasi nizamlanmanı bərpa, infrastrukturun yenidən qurulması və beynəlxalq nəzarət mexanizmləri ilə birləşdirir. Analitiklər bunu “idarəolunan çoxvektorlu diplomatiya” adlandırır, yəni prosesdə bir neçə oyunçu, bir neçə məqsəd və bir mərkəzi fiqur - Tramp var.

ABŞ Prezidentinin təşəbbüsü ilə yaradılacaq “Sülh Şurası”nın əsas məqsədi Qəzzanın idarəsini HƏMAS-dan alıb müstəqil fələstinli texnokratlara tapşırmaqdır. Plan üzrə yeni təhlükəsizlik qüvvələri Misirdə təlim keçəcək, Qəzzada isə beynəlxalq müşahidəçilər yerləşdiriləcək. HƏMAS tam silahı təhvil verməkdən imtina edir, lakin ABŞ tərəfi kompromis axtarır.

Müzakirələrə görə, bölgədə çoxmillətli “Sabitleşmə qüvvələri” yerləşdirilə bilər. İsrail bu qüvvələrdə Türkiyə hərbçilərinin iştirakına qarşı çıxır, əvəzində İndoneziya variantını təklif edir. Lakin Vaşinqton NATO üzvü kimi Türkiyənin rolunu daha məqsədəuyğun sayır. HƏMAS-ın İsrail girovlarının bir qismini azad etməyə razı salınmasında Türkiyənin çox vacib rol oynadığı bildirilir.

Qəzzanın gələcəyi

İsrail tam hərbi nəzarətdən imtina edərək bölgənin “qeyri-siyasi” idarəetməyə keçməsini müsbət siqnal kimi qəbul edir. Eyni zamanda, Tramp administrasiyası Qəzzanın bərpası üçün genişmiqyaslı maliyyə paketi və infrastruktur layihələri təklif edir.

Trampın “Gəzi planı” diplomatik baxımdan ziddiyyətli sayılsa da, ilk dəfədir ki, ABŞ təşəbbüsü təkcə hərbi və siyasi deyil, həm də iqtisadi və idarəetmə mexanizmlərini birləşdirir. Bu yanaşma Vaşinqtona həm bölgədə təsir gücünü bərpa etmək, həm də İsrail, Türkiyə, Misir və Körfəz ölkələri arasında balans yaratmaq imkanı verir.

Kim itirdi, kim qazandı...

Beynəlxalq analitiklər isə Qəzza müharibəsinin yekun nəticələrini hələ də müzakirə edir. Əksər müşahidəçilər hesab edir ki, bu qarşıdurmada tam hərbi qalib yoxdur. İsrail İranın regiondakı “şər oxu” adlandırılan təsir dairəsini zəiflətsə, HƏMAS-ın hərbi infrastrukturunun böyük hissəsini məhv etsə də, təşkilatı tam şəkildə sıradan çıxara bilmədi. Müharibə nəticəsində Qəzza faktiki olaraq dağılmış vəziyyətdə qalıb, lakin siyasi baxımdan bölgənin idarə olunması hələ də qeyri-müəyyəndir. HƏMAS isə ağır itkilər verməsinə baxmayaraq, tam təslim olmadı və ideoloji varlığını qoruyub saxladı. 

Bu mənzərədə diqqətçəkən nümunə Azərbaycan Ordusunun qazandığı Zəfərdir. İkinci Dünya müharibəsindən sonra dünyada tam hərbi qələbə əldə edən yeganə dövlət məhz Azərbaycan oldu. Qarabağ müharibəsində Ermənistanın ordusu tam şəkildə darmadağın edildi, ərazi bütövlüyü bərpa olundu və nəticə beynəlxalq səviyyədə tanındı. Bu fakt bir daha göstərir ki, müasir dövrdə “tam qələbə” anlayışı yalnız hərbi güc deyil, həm də siyasi iradə, milli birliyə əsaslanan strateji planlama ilə mümkündür.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR