"Bu şəraitdə kim bu cür bizneslə məşğul olmaq istəyər?" - İqtisadçı

27 oktyabr, 2025 09:41

“Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədsiz böyük ehtiyacın olduğu bir zamanda, kiçik və xüsusilə istehsal fəaliyyəti ilə məşğul olan mikrosahibkarların imtiyazlı vergi rejimindən məhrum edilməsi ciddi və kobud bir səhv olub”.

Bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

Ekspertin sözlərinə görə, söhbət 3 nəfərdən az işçisi olan biznes subyektlərinin 5%-lik gəlir vergisi ödəmək imkanını itirməsindən gedir.

O qeyd edib ki, məsələn, öz kənd təsərrüfatı məhsullarını emal edən bir ailə biznesinin 3 nəfər muzdlu işçi çalışdırmağa ehtiyacı yoxdur: “Belə bir ailə biznesi ildə 30-40 min manat gəlir əldə edirsə, onun 7-8 min manatını yalnız gəlir vergisi kimi ödəməyə məcbur qalması ədalətsizlikdir. Sosial ödəmələri və kommunal xərcləri də nəzərə alsaq, belə bir ailənin əlində ayda 2000 manatdan da az gəlir qalır. Bu şəraitdə kim bu cür bizneslə məşğul olmaq istəyər? Halbuki, minlərlə belə kiçik biznes ölkədə qida bolluğunun, sağlam rəqabət mühitinin və minlərlə insan üçün rəsmi məşğulluğun yaranmasına mühüm töhfə verir”.

Rövşən Ağayev bildirib ki, ən azı dövriyyəsi 100 min manata qədər olan mikrosahibkarlara bu güzəştli vergi rejimini saxlamaq lazım idi: “Əgər bir qədər strateji düşüncə olsaydı, hətta 300 min manatadək dövriyyəsi olan və xüsusilə qida sənayesində fəaliyyət göstərən sahibkarlar üçün bu imtiyazın saxlanması çox böyük fayda verərdi. Çünki istehsal sektoru, xüsusən kənd təsərrüfatına bağlı sənaye iqtisadiyyat üçün əlavə dəyər yaratmaq baxımından mühüm istiqamətdir”.

Ekspert qeyd edib ki, bu məsələdə Gürcüstan təcrübəsi Azərbaycandan daha məqsədyönlüdür və hər iki ölkə kiçik biznes üçün çox daha əlverişli vergi rejimi tətbiq edir: “Bizdə ictimai maraq baxımından Gürcüstan və Ermənistanla müqayisə aparmaq həmişə aktuallıq kəsb edir. Halbuki, resurs asılılığından qurtulmaq üçün bu cür vergi rejiminə bizim daha çox ehtiyacımız var. Üstəlik, Azərbaycanda regional iqtisadi inkişafdakı qeyri-bərabərlik hər iki ölkədən qat-qat dərindir. Bu səbəbdən, qeyd etdiyim təklif həm də bölgələrin inkişafı baxımından çox vacibdir”.

Rövşən Ağayev həmçinin Gürcüstan və Ermənistanın tətbiq etdiyi imtiyazlı vergi sistemlərinə də toxunub.

Ekspertin sözlərinə görə, illik dövriyyəsi 500 min laridən (təxminən 310 min manat) az olan kiçik sahibkarlar dövriyyəsinin 1%-i, 500 min larini ötənlər isə 3%-i qədər vergi ödəyirlər. Bundan əlavə, illik dövriyyəsi 30 min laridən (təxminən 19 min manat) az olan mikrosahibkarlıq subyektlərinə özünüməşğul statusu verilir və onlar ümumiyyətlə vergidən azaddır.

Rövşən Ağayev bildirib ki, illik dövriyyəsi 24 milyon dramı (təxminən 110 min manat) ötməyən kiçik və mikrosahibkarlıq subyektləri dövriyyədən aşağıdakı dərəcələrlə vergi ödəyirlər:

Ticarət sektoru: 10%

İstehsal fəaliyyəti: 7,5%

Media fəaliyyəti: 1,5%

Rövşən Ağayevin fikrincə, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını prioritet elan edirsə, mikrosahibkarlıq üçün bu cür güzəştli mexanizmləri qoruyub saxlamaq, hətta daha da genişləndirmək zəruridir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR