“İrəvan Bakının bu təklifinə razı olsaydı…” - Qarabağda vəziyyət dəyişir

06 noyabr, 2020 22:27

“Rəsmi Bakı bundan sonra Dağlıq Qarabağ ermənilərinə yüksək statuslu muxtariyyət verməyəcək”.

Azsiyasət.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son duruma diqqət çəkib:

“Xarici jurnalistlər prezident İlham Əliyevə ən çox bu sualı verirlər: “Bakı Dağlıq Qarabağa hansı status verəcək?”. Azərbaycan prezidenti bu məsələnin müzakirəsinin erkən olduğunu bildirir.

Rəsmi Bakı İrəvanla 27 il aparılan danışıqlarda Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verəcəyini vəd edirdi. İlham Əliyev deyirdi: “Dünyada mövcud olan istənilən muxtariyyət modelini Dağlıq Qarabağ ermənilərinə verməyə hazırıq”. İlham Əliyev və azərbaycanlı siyasi ekspertlər müxtəlif nümunələr göstərirdilər: “Aland modeli”, “Tirol modeli” və s.

Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ separatçıları bütün bu moddelləri rədd etdilər. Onlar Dağlıq Qarabağa “müstəqillik” istəyirdilər. Buna rəsmi Bakı razılaşa bilməzdi. 27 il aparılan danışıqlar nəticə vermədi. Hazırda Azərbaycan ordusu böyük əraziləri işğaldan azad edib. Erməni separatçıları anlayırlar ki, onlar məğlub olacaqlar və heç bir dövlət onlara kömək etməyəcək”.

Azərbaycanın mövcud reallığı dəyişdiyini bildirən Elxan Şahinoğlu qeyd edib ki, bundan sonra rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinə yüksək statuslu muxtariyyət verməyəcək:

“Dağlıq Qarabağda ermənilərin sayı az olsa, bu bölgəyə aşağı statuslu muxtariyyətin verilməsi də lazım olmayacaq. Azərbaycanın digər bölgələrinin hansı statusu varsa, Dağlıq Qarabağın da eyni statusu olacaq. Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ separatçıları vaxtilə rəsmi Bakının təklifini qəbul etsəydilər, müharibə olmazdı və bölgənin yüksək muxtariyyət statusu olardı. İndi isə bu mümkün deyil. Şərtləri Azərbaycan diqtə edir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR