"ABŞ Paşinyanı belə sülh sazişi hazırlamağa təşviq edə bilər" - Riç Outzen

18 noyabr, 2025 16:13

“Hazırda masada olan diplomatik həll bir neçə fərqli variant təklif etdiyi üçün Konstitusiya dəyişikliyinin zəruri olduğu fikri ilə tam razı deyiləm. Məncə, daha ağıllı və daha real həll yolu ABŞ-nin Ermənistanı və İrəvanı Konstitusiyaya uyğun şəkildə, onunla ziddiyyət təşkil etməyən, açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş hazırlamağa təşviq etməsi ola bilər. Bir dövləti konstitusiyasını dəyişməyə məcbur etmək isə çox çətin addımdır və açığı, Paşinyan üçün ciddi siyasi risk yaradar”.

"Azsiyaset" xəbər verir ki, bu fikirləri musavat.com-a açıqlamasında təqaüddə olan polkovnik, fəlsəfə doktoru, Atlantik Şurasının qeyri-rezident baş elmi işçisi və geosiyasi analitik Riç Outzen deyib.

Analitik fikrincə, ABŞ-nin müsbət rolu Paşinyanı və onun ətrafındakıları konstitusiya ilə eyni hüquqi gücə malik, Ermənistan qanunvericiliyinin bir hissəsinə çevriləcək, qonşulara qarşı ərazi iddialarının olmayacağına təminat verən yaradıcı hüquqi sənəd üzərində düşünməyə həvəsləndirmək ola bilər:

“Məncə, belə bir razılaşma realdır. Konstitusiyanın dəyişdirilməsini mütləq şərt kimi irəli sürmək isə ümumi prosesi tamamilə poza bilər. Buna görə də alternativ, lakin hüquqi cəhətdən qüvvədə olan bir saziş və təminat mexanizmi üzərində çalışmaq ABŞ-nin həm edə biləcəyi, həm də etməli olduğu bir addımdır”.

R.Outzen hesab edir ki, seçkilərə qədərki aylarda görülə biləcək çox iş var:

“Məncə, Nikol Paşinyan sülh istiqamətində irəliləməyə çalışmaqla müəyyən siyasi riskə gedib. Əgər irəliləyiş olmazsa, yeni iqtisadi layihələr başlamazsa, resurs axını baş verməzsə və yerində real dəyişikliklər görünməzsə, o, Ermənistanda seçicilər qarşısında çox zəif duruma düşəcək. Əksinə, əgər gözləntilər belə olsa ki, əldə olunacaq razılaşma Ermənistan xalqı üçün real iqtisadi fayda gətirəcək, o zaman bu, Paşinyanın seçki baxımından xeyrinə olacaq. Odur ki, beynəlxalq və regional tərəfdaşların etməli olduğu prosesi mümkün qədər sürətləndirməkdir. Düşünürəm ki, Tramp administrasiyası artıq bu istiqamətdə, Ermənistana bu sülhdən real iqtisadi faydaların düşəcəyini göstərən layihələr üzərində çalışır”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR