"ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır" - "Forbes" nəşri

21 noyabr, 2025 09:46

Azərbaycanın Mərkəzi Asiya blokuna qoşulması ABŞ və Avropa üçün yeni geosiyasi imkanlar açır.

Bu barədə "Forbes" jurnalında dərc edilən məqalədə qeyd olunub.

Məqalədə vurğulanıb ki, bu blok Qərb ölkələri ilə əlaqələri gücləndirir, enerji, strateji minerallar və "Rusiya ilə Çini strateji cəhətdən cilovlamaq" sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Xüsusi diqqət Azərbaycanın enerji və nadir torpaq elementlərindəki strateji potensialına yönəldilib. "Forbes" qeyd edib ki, ölkə dünya sənayesi və regional iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan neft, qaz və nadir torpaq metalları ehtiyatlarına malikdir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Azərbaycan "xam neft və təbii qazın böyük istehsalçısı kimi dünyada enerji baxımından özünü təminetmə göstəricisi ən yüksək olan ölkələrdən biridir".

Nəşr bildirib ki, 1992-ci ildə qəbul edilmiş Azadlığa Dəstək Aktının 907-ci düzəlişi uzun müddət Azərbaycanla iqtisadi və infrastruktur sahələrində birbaşa əməkdaşlığı məhdudlaşdırıb. Bu müddəaların ləğvi və ya dəyişdirilməsi nəqliyyat dəhlizlərinin, energetikanın və ticarətin inkişafı üçün yeni imkanlar aça, ölkənin Qafqazdakı strateji rolunu gücləndirə bilər.

Məqalə müəllifləri vurğulayıblar ki, Azərbaycanla əməkdaşlıq həmçinin dəmir yolları, neft və qaz kəmərləri, optik-lif xətləri kimi infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır ki, bu da regional təhlükəsizliyi möhkəmləndirir və region ölkələrinin müstəqilliyini artırır.

Azərbaycanın ABŞ-nin tərəfdaşları sırasına daxil edilməsi ölkənin regiondakı strateji əhəmiyyəti ilə bağlıdır. Beləliklə, Bakı öz ticarət və enerji əlaqələrini gücləndirmək, infrastrukturunu inkişaf etdirmək və beynəlxalq arenada rolunu artırmaq imkanı qazanır, eyni zamanda, qlobal rəqabət şəraitində Cənubi Qafqazın sabitliyinə və müstəqilliyinə töhfə verir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR