Putin Trampın "Sülh Planı"na münasibət bidirdi

24 noyabr, 2025 10:21

Rusiya Prezidenti Vladimir Putin ABŞ administrasiyasının hazırladığı və Donald Tramp tərəfindən dəstəklənən sülh planını ilk dəfə şərh edib. O, noyabrın 21-də Təhlükəsizlik Şurasının iclasında çıxış edərək bildirib ki, Vaşinqtonun təqdim etdiyi sənəd Rusiya-Ukrayna müharibəsinin siyasi yolla həlli üçün əsas ola bilər.

Putinin sözlərinə görə, Moskva planın mətni ilə tanış olub, lakin təkliflər üzrə ətraflı müzakirə aparılmayıb. Buna səbəb kimi Ukraynanın hələlik sənədə razılıq verməməsi göstərilib.

Rusiya lideri qeyd edib ki, sözügedən plan onun ABŞ Prezidenti Donald Tramp ilə Alyaskada keçirdiyi görüş zamanı müzakirə olunan razılaşmanın “modernləşdirilmiş versiyasıdır”.

Putin iddia edib ki, həmin vaxt Moskva təkliflərlə razılaşmışdı, lakin görüşdən sonra proses ABŞ tərəfindən “Ukraynanın etirazı səbəbilə” dayandırılıb. O həmçinin açıqlayıb ki, Vaşinqton Moskvanın “müəyyən kompromislərə” getməsini istəyib.

Putin bildirib ki, Rusiya danışıqlara hazırdır, amma cəbhədəki mövcud vəziyyət – xüsusilə Kupyansk və digər istiqamətlərdəki dinamika Kreml üçün “tam məqbuldur”. O, noyabrın 4-də Kupyanskin “demək olar tam” Rusiya ordusunun nəzarətində olduğunu deyib. Bununla belə, açıq mənbələrdə Kupyansk ətrafında cəbhə xəttinin dəyişmədiyi, əsas irəliləyişlərin isə daha çox Pokrovsk istiqamətində qeydə alındığı bildirilir. Ukrayna tərəfi şəhəri tərk etmə barədə məlumat verməyib.

“Bloomberg”-in məlumatına görə, ABŞ planının əsas müddəaları Avropada ciddi narazılıq yaradıb. Aİ və Böyük Britaniya liderləri Ukrayna Silahlı Qüvvələrinin suverenliyini müdafiə imkanlarının saxlanmasını zəruri hesab edirlər. Onlar həmçinin hesab edir ki, mümkün danışıqlar yalnız mövcud təmas xətti əsasında aparıla bilər.

“Axios”-un dərc etdiyi ilkin mətnə əsasən, ABŞ planı Ukraynanın hazırda nəzarətində olan Donetsk bölgəsinin bir hissəsindən çıxmasını və həmin ərazinin beynəlxalq səviyyədə Rusiya Federasiyasına məxsus sayılan, lakin rus qoşunlarının daxil olmayacağı demilitarizə olunmuş neytral zona elan edilməsini nəzərdə tutur.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR