AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü

09 dekabr, 2025 18:52

Qazaxıstan Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı dərc etməzdən əvvəl 2 xarici laboratoriyanın tədqiqatlarının nəticələrini gözləyir.

Sputnik Kazaxıstan xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

ICAO qaydalarına əsasən, hava qəzası ilə bağlı yekun araşdırma hesabatı hadisə tarixindən sonra 12 ay ərzində dərc edilməlidir.

Xatırlatma: 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer” təyyarəsinin iştirakı ilə təyyarə qəzası baş verib. Bakıdan Qroznıya uçan təyyarə məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü, o cümlədən 42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.

Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan mülki təyyarəsi xarici zədələrə məruz qalıb və praktiki olaraq nəzarətdən çıxıb. O, təyyarənin elektron müharibə ilə idarəolunmaz hala gətirildiyini və Rusiyaya tələblər irəli sürüb.

Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini əks etdirən hesabat dərc edib. Hesabata zədələnmiş və qismən yanmış təyyarənin fotoşəkilləri daxildir. Görüntülərdən birində fövqəladə vəziyyətdən sonra uçuşun yenidən qurulması əks olunub.

Rusiya prezidenti Vladimir Putin İlham Əliyevlə Düşənbədəki görüşündə Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğramasından danışıb. O, bir daha Azərbaycandan üzr istəyib və təzminat ödəniləcəyini bildirib.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib