ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?

26 yanvar, 2026 14:38

ABŞ-nin Minnesota ştatında federal təhlükəsizlik qüvvələrinin iştirakı ilə baş verən ölüm hadisəsi ölkədə ciddi ictimai və siyasi böhran yaradıb. Federal agentlərin açdığı atəş nəticəsində həyatını itirən Aleks Pretti hadisəsi ABŞ cəmiyyətində dövlətin vətəndaşlara münasibəti, hüquq-mühafizə orqanlarının səlahiyyətləri və demokratiyanın real vəziyyəti ilə bağlı ciddi suallar doğurub.

CNN-in analitik yazısına görə, bu insident artıq təkcə immiqrasiya məsələsi ilə bağlı deyil.

Hadisə ABŞ-də hakimiyyətin güc tətbiq etmə üsullarının nə dərəcədə təhlükəli həddə çatdığını göstərən simvolik nümunəyə çevrilib.

Qeyd edək ki, yanvarın 24-də federal agentlər tərəfindən güllələnən Aleks Pretti reanimasiya şöbəsində çalışan tibb işçisi olub. Onun heç bir cinayət fəaliyyəti ilə məşğul olmadığı, sadəcə federal agentlərin əməliyyatını mobil telefonla çəkdiyi bildirilir.

Yayılan videolarda Prettinin əvvəlcə yerə yıxıldığı, üzərinə bibər qazı sıxıldığı, daha sonra isə silahsızlaşdırıldığı görünür. Bundan sonra agentlərin yaxın məsafədən ona atəş açdığı müşahidə olunur. Buna baxmayaraq, rəsmi qurumlar hadisəni “özünümüdafiə” kimi təqdim edir.

Hadisənin ən diqqətçəkən tərəflərindən biri federal qurumların milyonlarla insanın izlədiyi videolara baxmayaraq, fərqli izahat verməsidir.

CNN yazır ki, hökumət nümayəndələri görüntülərlə uyğun gəlməyən açıqlamalar verərək hadisəni təhrif etməyə çalışır. Bu isə ABŞ-də dövlətin açıq-aşkar reallığı inkar etməsi ilə bağlı narahatlıqları artırıb. Bəzi siyasətçilər bunu “alternativ reallıq yaratmaq cəhdi” kimi qiymətləndirir.

Hadisədən sonra federal qüvvələr yerli polis və ştatın istintaq qurumlarını hadisə yerinə buraxmayıb. Bu isə hüquq-mühafizə orqanları arasında gərginliyə səbəb olub. Minnesota polis rəisi bildirib ki, federal qurumlar istintaq üçün lazım olan materiallara çıxışı məhdudlaşdırıb. Bu da araşdırmanın obyektiv aparılacağına dair şübhələri artırıb. Hazırda hadisəni ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqat Bürosu araşdırır. Lakin hər iki qurum federal hökumətə tabedir. Yəni faktiki olaraq hadisəni törədən sistem özünü özü yoxlayır. Ekspertlər bunun müstəqil araşdırma prinsiplərinə zidd olduğunu bildirirlər.

Bu vəziyyət cəmiyyətdə “ədalət əldə olunacaqmı?” sualını gündəmə gətirib.

Hadisədən dərhal sonra prezident Donald Tramp məsuliyyəti Demokrat Partiyasının üzərinə atıb. O, sosial şəbəkədə yazdığı paylaşımda yerli hakimiyyətin “xaos yaratdığını” bildirib. Trampın bu açıqlaması faciənin siyasi məqsədlər üçün istifadə edildiyi fikrini gücləndirib. Müxalifət nümayəndələri isə prezidentin insan ölümünü siyasi alətə çevirdiyini deyir. Hadisə ilə bağlı ABŞ-nin keçmiş prezidentləri Barak Obama və Bill Klinton da açıqlama veriblər. Onlar baş verənləri demokratiya üçün təhlükəli siqnal adlandırıblar.

Obama bildirib ki, bu hadisə ölkənin əsas dəyərlərinin zəiflədiyini göstərir. Klinton isə amerikalıları hüquqlarını müdafiə etməyə çağırıb.

Məlumata görə, Prettinin silah daşımaq üçün rəsmi icazəsi olub. Videolarda onun silahdan istifadə etdiyi görünmür.

Buna baxmayaraq, federal agentlər onu təhlükə kimi təqdim ediblər. Bu isə ABŞ-də silah sahibliyinin hüquqi olmasına baxmayaraq, vətəndaşların təhlükəsizliyinin təmin olunmaması ilə bağlı müzakirələrə səbəb olub. Minnesotada minlərlə insan küçələrə çıxaraq ədalətli araşdırma tələb edib. Etirazçılar federal agentlərin fəaliyyətinə nəzarətin gücləndirilməsini istəyirlər. Hadisə ölkə üzrə yeni etiraz dalğasının başlanğıcı kimi qiymətləndirilir.

Siyasi ekspertlərin fikrincə, Minnesota hadisəsi gələcək üçün təhlükəli presedent yaradır. Dövlət qurumlarının sərhədsiz güc tətbiq etməsi normal hala çevrilərsə, bu, ABŞ-də hüquqi sistemin zəifləməsinə gətirib çıxara bilər(musavat.com). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR