Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI

28 aprel, 2026 14:56

Prezidentin Sərəncamı ilə Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı tərtib edilib və qurumlar arasında iş bölgüsü aparılıb.

Tədbirlər planına əsasən, işlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərişıq ASC arasında bölüşdürülüb.

Sənədə əsasən, Fövqəladə Hallar Nazirliyi sel nəticəsində zərər görmüş ərazilərdə ümumilikdə 52 fərdi yaşayış evinin yenidən tikilməsi işi tapşırılıb. Bu işlər əsasən Xaçmaz, Quba, Şabran, Siyəzən, Qusar və Xızı rayonlarını, eləcə də Bakı şəhərini əhatə edir.

Paytaxt üzrə sosial dəstək tədbirləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. Keşlə qəsəbəsində çirkab suların təsirinə məruz qalmış 61 evin təmiri, sakinlərə maddi yardım göstərilməsi, həmçinin onların 3 aylıq kirayə xərclərinin ödənilməsi planlaşdırılır. Bununla yanaşı, sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik kompensasiya veriləcək.

Su infrastrukturu ilə bağlı əsas işlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə həvalə olunub. Agentlik tərəfindən kanal və kollektorların təmizlənməsi, çökmüş xətlərin bərpası, mühafizə bəndlərinin tikintisi, eləcə də nasos stansiyalarının və digər avadanlıqların yenilənməsi həyata keçiriləcək.

Yol infrastrukturunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılacaq. Müxtəlif rayonlarda yolların çökmüş və sürüşmə baş vermiş hissələri bərpa olunacaq, körpü və borular yenidən tikiləcək, yol örtüyü yenilənəcək.

Elektrik təchizatı sahəsində yaranmış problemlərin aradan qaldırılması isə “Azərişıq” ASC-yə tapşırılıb. Qurum tərəfindən zədələnmiş elektrik xətləri, yarımstansiyalar və transformator məntəqələri bərpa olunacaq, enerji təchizatı sabitləşdiriləcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR