Ermənistan təslim olur: Türkiyə və Rusiya sülhməramlıları bölgəyə gəlir - TƏHLİL

09 noyabr, 2020 01:34

Raqib SOYLU

“Middle East Eye”, 08.11.2020

 

Azərbaycan və Ermənistan 1992-ci ildən bəri Ermənistanın işğal etdiyi mübahisəli Dağlıq Qarabağ ərazisi və ətraf bölgələrə dair hərtərəfli atəşkəs razılaşması imzalamağa yaxındırlar.

Bunu “Middle East Eye”-a (MEE) türk mənbələri bildiriblər.

Müqavilə Ermənistanın böyük ərazini geri verməsi öhdəliyi ilə, bölgədə Türkiyə və Rusiya sülhməramlı missiyasının yerləşdirilməsini nəzərdə tutur.

Bazar günü, noyabrın 8-də Azərbaycan Dağlıq Qarabağın ikinci ən böyük şəhəri olan Şuşanı ələ keçirdiyini açıqlayıb, lakin Ermənistan bu iddianı rədd edib.

Adı açıqlanmaması şərti ilə MEE-yə danışan mənbələr bildiriblər ki, Azərbaycan qüvvələrinin sahədə sürətli irəliləməsi Ermənistanı münaqişəni dayandırmaq üçün, – Türkiyənin dəstəklədiyi, – Rusiya vasitəçilik planını nəzərdən keçirməyə məcbur edib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsi olan, lakin etnik ermənilərin məskunlaşdığı və onların nəzarətində olan anklavda sentyabrın 27-də başlayan döyüşlərdən bəri ən azı min, bəlkə də 5 minə qədər adam öldürülüb.

Mənbənin sözünə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı vəzifədaşı Vladimir Putin Şənbə günü, noyabrın 7-dəki telefon danışığında razılaşma layihəsinin komponentləri mövzusunda bir anlaşma əldə ediblər.

Təfərrüatlar Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu və rusiyalı vəzifədaşı Sergey Lavrov arasında sonrakı telefon danışığında müzakirə edilib.

2 dəhlizin yaradılması ehtimalı var

Razılaşma layihəsinə görə, hər iki tərəf atəşkəs şərtlərini qəbul etdikdən sonra dərhal Ermənistan Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonun 5-dən geri çəkiləcək.

Atəşkəs şərtlərinə görə, İrəvan qalan 2 bölgədən 15 gün ərzində çıxacaq. Müqavilə layihəsi Bakının bu yaxınlarda ələ keçirdiyi əraziləri tərk etməsini tələb etmir, əksinə, indi qismən Bakının nəzarətində olan ərazidən Azərbaycanın Dağlıq Qarabağa hücumunu dayandıracaq.

Hər iki tərəf, ehtimal ki, 2 dəhlizin yaradılmasına razı olacaqlar.

Ermənistandan Dağlıq Qarabağa gedən bir yol əvvəllər də İrəvanın bölgəyə girişini təmin edib. Ermənistan bunun müqabilində Naxçıvanın Azərbaycan ərazisini Bakı ilə birləşdirəcək ikinci bir dəhlizin yaradılmasına icazə verəcək.

Bundan sonra Türkiyə və Rusiya sülhməramlı qüvvələri atəşkəsi dəstəkləmək üçün ərazidə yerləşdiriləcəklər.

“Azərbaycan hökuməti Xankəndi şəhərini sürətlə ələ keçirmək və mülki insan itkisinə səbəb olmaq istəmir, – deyə türk mənbələrindən biri bildirib. – Bu razılaşma Azərbaycanın ərazilərinə qanuni tələblərini yerinə yetirilməklə, mümkün humanitar böhranı dayandırır”.

Qarant kimi Türkiyə

Dağlıq Qarabağ 1990-cı illərdə Azərbaycandan qopub, nəticədə on minlərlə insanın həlak olması ilə nəticələnən uzunmüddətli, həll olunmamış münaqişə başlayıb.

Mübahisəli dağlıq ərazi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın geri çəkilməsini tələb edən 4 qətnaməsinə baxmayaraq, Ermənistan qüvvələri tərəfindən təxminən 30 ildir ki, işğalda saxlanılır.

Sentyabr ayından bəri 3 atəşkəs cəhdi uğursuz olub, hər iki tərəf də bir-birlərini onu pozmaqda günahlandırıb. Ancaq bu sövdələşmələrin heç birində Türkiyə birbaşa qarant kimi yer almayıb.

Dondurulmuş münaqişədəki oyun dəyişdiricisinin Türkiyənin yaydan bəri Azərbaycana birbaşa hərbi köməyi olduğu düşünülür.

Yaxın müttəfiqlər – Türkiyə və Azərbaycan illərdir birgə hərbi təlimlər keçirir, son dəfə avqust ayında türk zabitləri Suriya və Liviya münaqişələrində inkişaf etdirdiyi təcrübə və biliyi həmkarları ilə bölüşüblər.

Türkiyə, eyni zamanda, erməni cəbhəsini darmadağın edən silahlı pilotsuz təyyarələr satıb. Onun “F-16”-ları həqiqi döyüşlərdə istifadə edilməsə də, Azərbaycanda maneətörədici vasitə kimi yerləşdirilib.

Dünyanın başı ABŞ seçkilərinə qarışıb

İkinci türk mənbə bildirib ki, ABŞ-ın və dünyanın qalan hissəsinin ABŞ prezident seçkilərinə diqqət yetirdiyi bir vaxtda Ankaranın Dağlıq Qarabağ bölgəsində yol açma imkanı görünüb.

Ankaranın fikrincə, ruslar, əks tərəf kimi, Türkiyənin dəstəklədiyi hücuma göz yumublar – Ermənistanın Qərb tərəfindən dəstəklənən lideri Nikol Paşinyanı cəzalandırmaq üçün.

Mənbə deyib: “Ruslar yalnız suriyalı muzdluların döyüş sahəsindəki varlığından şikayətləniblər”.

“Lavrov ötən ay Moskvada türk nümayəndə heyəti ilə apardığı danışıqlar zamanı hətta Şuşanı ”Azərbaycan şəhəri” adlandırıb”.

Mənbələr Azərbaycanın atəşkəs elanından əvvəl həftəsonu daha çox ərazi almaq səylərinin artırdığını bildiriblər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR