Gürcüstan XİN üçün dəqiqləşdirmələr: foto və detallı informasiya

21 iyul, 2020 15:17

Redaksiyamız dost Gürcüstanın xarici siyasət idarəsinin bəyanatı ilə təəcüb içərisində tanış oldu. Çox dərin təəsüflərlə qeyd edirik ki, rəsmi Tbilisinin bəyanatında haqqin.az nəşrinin Serbiyadan minaatan mərmilərinin və Rusiyadan hərbi ləvazimatların Tovuz istiqamətində gedən döyüşlər ərəfəsində Gürcüstan üzərindən Ermənistana daşındığı barədə informasiyasıo şübhə altına alınıb. Bundan əlavə, haqqin.az məqsədli şəkildə dezinformasiya tirajlamaqda günahlandırılıb.

Gürcüstan XİN-in səs-küylü bəyanatından sonra redaksiyamız Azərbaycan və Gürcüstan ictimaiyyətlərinin nəzərinə bəzi faktları çatdırmağa məcburdur. Lakin bununla belə biz istənilən suveren dövlətin xarici siyasət idarəsinin istənilən bəyanatında diqtə edilməli olan diplomatik ənənələrə də anlayışla yanaşırıq.

Azərbaycana dost olan ölkənin xarici siyasət idarəsi Rusiyadan quru yolu ilə daşınan, Gürcüstan ərazisində qeydə alınan  və bundan az sonra Ermənistanla sərhədi keçən launçerlərin fotolarını necə şərh edəcək?

Biz səmimi şəkildə ümid edirik ki, bu dəfə faktlar gürcü diplomatları üçün mübahisə doğurmayacaq, çünki fotoda əks edilən hərbi texnikanın harada qeydə alındığı Gürcüstanda yaşayan adamlarda şübhə doğurmamalıdır. Və cəmi bir neçə saat sonra həmin döyüş texnikası dövlət sərhədini keçir və Azərbaycana düşmən ölkənin ərazisinə daxil olur.

İndi isə Serbiyadan Gürcüstana hava yolu ilə çatdırılan minatan mərmiləri barədə.

Gürcüstan tərəfinin nəzərinə çatdırırıq ki, ABŞ və NATO-ya dost ölkənin ərazisinə bu sursatı Slobadan Tesiç adlı məşhur kriminal silah alverçisi çatdırıb. O, “Maqnitski Aktı” çərçivəsində ABŞ-ın sanksiyaları altındadır. Redaksiyamızın sərəncamında olan sənədlərə əsasən minatan mərmiləri qismində yükü göndərən Serbiyanın Vectura Trans D.O.O. şirkətidir. Şirkət Narodnih Heroja 16, 11070, Belgrade ünvanında qeydə alınıb, alıcı qismində isə Ermənistanın Müdafiə Nazirliyi göstərilir. Qeyd etmək lazımdır ki, “Vectura Trans” şirkəti də “Maqnitski Aktı” çərçivəsində ABŞ-ın sanksiyası altındadır.

Sursat Serbiyanın Niş şəhərindən MDB respublikalarından birinin aviaşirkəti vasitəsilə göndərilib.

Slobadan Tesçiçin adı “The Moscow Post” nəşrində rusiyalı jurnalistlərin digər silah alverçisi, Rusiyada axtarışda olan David Qalstyan barədə araşdırmasında rast gəlinir. Tesiç və Qalstyan partnyorlardır, bu da Serbiya hökuməti üçün sirr deyil.

Təəsüf ki, obyektiv səbəblərdən redasiyamız Gürcüstan üzərindən Ermənistana daşınan minaatan mərmiləri barədə daha detallı informasiya açıqlaya bilməz. Biz ancaq onu vurğulaya bilərik ki, Gürcüstan hökuməti ABŞ-ın sansiyaları altında olan şəxslərin Ermənistana silah-sursat daşımasına icazə verib.

Bu baxımdan ümid edirik ki, Gürcüstan XİN indi təqdim edilən faktlara aydınlıq gətirəcək və izahat verəcək. (virtualaz.org)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR