"Razılaşma olmuşdu ki, qonşu ölkələr sülhməramlı olmasın" - "Rusiya sülhməramlılarının gəlməsi..."

11 noyabr, 2020 21:47

Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT -in Minsk Qrupunun Amerikadan olan keçmiş həmsədri Metyu Brayza deyib ki, həmsədr dövlətlər arasında həmişə belə bir centlmensayağı razılaşma olub ki, qonşu ölkələr - Rusiya, Türkiyə İran kimi ölkələr Qarabağda sülhməramlı kimi çıxış etməsinlər:

“Məncə, Rusiya sülhməramlılarının gəlməsi o qədər də yaxşı fikir deyil. Çünki Rusiya sülhməramlıları başqa münaqişələri - məsələn, Gürcüstan və Moldova münaqişələrində gərginliyi artırıb. Amma ümid edirəm ki, Qarabağ münaqişəsi fərqlidir. Öz təcrübəmdən deyə bilərəm ki, bütün Rusiya vasitəçiləri xoşməramlı və obyektiv olublar. Baxmayaraq ki, onlar Ermənistanla müttəfiqdirlər, onlar həmişə deyiblər ki, bunun Azərbaycanın ərazi bütövlüyünə dəxli yoxdur”.

Metyu Brayza deyir ki, bununla belə Rusiya həmişə öz sülhməramlısını regiona gətirməkdə maraqlı olub. Onun fikrincə, yadda saxlamaq lazımdır ki, Azərbaycanının Moldova və Gürcüstandan fərqi var: 

“Fərq bundadır ki, Moldova və Gürcüstan həmişə aydın şəkildəifadə ediblər ki, onlar Avroatlantik məkana yaxın olmaq və ona üzv olmaq istəyirlər. Azərbaycanın bu məsələdə mövqeyi daha ehtiyatlı və balanslıdır. Məncə, prezident Putin bunun qədir-qiymətini bilib və Azərbaycanı özünə təhlükə kimi görmür. 

Bəlkə də Rusiya sülhməramlıları Qarabağda daha az ehtiyatlı davranacaqlar. Azərbaycan hakimiyyəti daha güclüdür, məncə, Rusiya prezidenti Vladimir Putin Azərbaycanla öz münasibətini kəskin şəkildə pisləşdirmək istəməz. Bu münasibətlər iqtisadi baxımdan da çox əhəmiyyətlidir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR