“Rusiya Ermənistanı “suya qoyub” axıtdı” - Saakaşvili Qarabağ müharibəsindən danışdı
13 noyabr, 2020 14:06

“Ermənilər iki məsələyə güvənirdilər: İkinci Dünya Müharibəsi dövründə azərbaycanlıların guya, döyüşə bilməməsi haqda hansısa uydurmaya və Rusiya ilə müttəfiqliyə”.
Azsiyasət.com xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiyanın “Dojd” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, ermənilərin təsəvvür etiyindən fərqli olaraq Azərbaycan Ordusu müasir silahların, maliyyələşmənin və hazırlığın hesabına Qarabağda parlaq əməliyyat keçirib, Ermənistanı faciəvi şəkildə məğlub edib, xüsusilə də Şuşada:
“Azərbaycan ordusu möhtəşəm əməliyyat keçirərək şəhəri faktiki əlbəyaxa döyüş nəticəsində götürdü. Rusiya isə Ermənistanı “suya qoyub” axıtdı”.