Qarabağda hərbi varlığımız necə olacaq? - Ekspert mühüm nüansları açıqladı

14 noyabr, 2020 11:40

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatda mühüm bir müddəa diqqət çəkir. Razılaşmada qeyd olunur ki, Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar.

Bu da özlüyündə sual doğurur ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə, o cümlədən boşaltmağa razılıq verdiyi Kəlbəcər, Laçın və Ağdamda hərbi varlığı hansı şəkildə olacaq? Çünki əvvəlki “baza prinsipləri”ndə azad edilən ərazilərdə hərbi mövcudluğumuza məhdudiyyət nəzərdə tutulurdu. İndisə fərqli reallıq yaranıb, zor gücünə işğalçıları torpaqlarımızdan çıxarmışıq, Dağlıq Qarabağın statusu yoxdur, bu halda azad olunan yerlərdə Azərbaycan öz hərbi infrastrukturunu qura bilərmi?

Bu məsələyə Rusiya ilə Türkiyə arasında yaradılmış monitorinq mərkəzində baxılacağı deyilsə də, hələlik bu suallar açıq qalır. Yəni Azərbaycan tərəfi Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Cəbrayılda öz hərbi hissələrini təşkil etmək hüququna malikdirmi?

Azsiyasət.com xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə heç bir qaranlıq məqam yoxdur və hər hansı məhdudiyyət nəzərdə tutulmur. Onun sözlərinə görə, işğaldan azad edilən bütün istiqamətlərdə, o cümlədən Kəlbəcər, Laçın, Ağdam bölgələrində müvafiq qoşun birləşmələrimiz dislokasiya olunacaq.

R.Məmmədli bildirdi ki, hərbi komandanlıq tərəfindən digər ərazilərdə necədirsə, azad olunan bölgələrdə də elə xidmət olacaq. Hərbi ekspert vurğuladı ki, Azərbaycan heç bir başqa öhdəlik götürməyib: “Hətta Laçın-Kəlbəcər-Ermənistan yolu sərhəd qoşunlarımız və digər ordu birləşmələrimiz tərəfindən mühafizə olunacaq. Bu da bizə əlavə üstünlük qazandırır.

Bir sözlə, bizim azad edilən torpaqlarımızda hərbi infrastrukturumuz olacaq, ordu birləşmələrimiz fəaliyyət göstərəcək, əsgərlərimiz xidmət çəkəcəklər".

R.Məmmədli əlavə etdi ki, Ordumuz böyük zəfər qazanıb, düşmənin 27 illik işğalına son qoyub, onun kirli ayaqlarını əzəli torpaqlarımızdan silib-süpürüb və bundan sonra gənc əsgərlərimiz azad edilən torpaqlarda hərbi xidmətini çəkəcəklər: “Artıq erməni hərbçilıərinin Qarabağda izi-tozu da qalmayacaq. Bu tarixi ərazilərimizi yenə Azərbaycanın rəşadətli əsgərləri, müzəffər ordumuz qoruyacaq. Onlar fəxr edəcəklər ki, Ağdamda, Laçında xidmətdədirlər”.

Qeyd edək ki, Şuşada komendant rejiminin tətbiqinə başlanılıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.

Hazırda RPŞ-nin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd onlarla yüksəklik işğaldan azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılacaq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR