Qarabağ Zəfərinin Kodları və Türk Dünyası perspektivindən bəzi nəticələr - DENİZ DEMİR

14 noyabr, 2020 22:22

44 günlük mübarizədən sonra Azərbaycan 30 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri aldı. Cəbhədə gedən mübarizə ilə bərabər, əslində diplomatiyadandanışıqlara qədər bir çox fərqli məcrada mübarizə davam etmişdir. Nəhayətində, bu mübarizədə Azərbaycan üstünlük qazanmış, Ermənistan davam etdikcədaha da cılızlaşdığı birmüharibəni davam etmənin mənasızlığını qəbul edərək ortaq məxrəcə gəlmişdir. Qarabağda qazanılan qələbənin kodlarını araşdırarkən güclü siyasi iradədən, doğru aparılan danışıqlara, hərbi və diplomatik potensialdan, tarixi motivasiyaya qədərmüxtəlif amilləri sadalamaq mümkündür. Bütün bu amilləri sadalayarkən, Türkiyənin dost və qardaş ölkə olan Azərbaycana verdiyi dəstəyini xüsusi vurğulamaq lazımdır.

Lider diplomatiyası, güclü əməkdaşlıq, özünə inamlı siyasi iradə, tarixi motivasiya və legitimlik, S / İHA faktoru, hərbi və diplomatik potensial, Türk diasporasınınhəmrəyliyi, təsirli və düzgün kommunikasiya…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə və hər sahədə Azərbaycanabirbaşa təklif etdiyi dəstək ilə ikiölkənin prezidentləri Ərdoğan və Əliyev arasında müşahidə edilən son dərəcə səmimi münasibət münaqişənin həlli yolunda əhəmiyyətli bir element olmuşdur. Əslində liderlər səviyyəsində görülən bu yaxınlıq, hər iki cəmiyyətdə öncədəndə mövcud olan empatiyanın və birliyin daha da güclənməsinə və möhkəmlənməsinə səbəb olmuşdur. Prezident İlham Əliyevin dünya ictimaiyyətinin qarşına hər fürsətdə güclü bir lider profili olaraq çıxması Azərbaycanın mübarizənin hər mərhələsində qətiyyətlə hərəkət etməsində də təsirli oldu və kütlələri “Ali Baş Komandandan” şüarı və nidaları ətrafındabirləşdirdi. 30 illik proses və bu dövrdəki təcrübələr Azərbaycanda tarixi bir motivasiya yaratmışdır; Ermənistanın  əldə edilmiş atəşkəsi tez-tez pozması və işğal olunmuş əraziləri azad etməyə olan inam Azərbaycanın bu mübarizəyə başlamasındaqanuni bir əsas olmuşdur. Bu legitimlik xüsusilə beynəlxalq aləmdə Azərbaycan əleyhinə səslənəcək iddiaların böyük ölçüdə qarşısını aldı. Türkiyənin hərbi sənayedəki uğurları, ələlxüsus da Milli Texnologiya Həmləsi məhsullarından olan İHA’ların bundan öncə Suriya və Liviyadaki əməliyyatlarda qazandıqları uğurlar, şübhəsiz ki, Azərbaycanın da Ermənistana qarşı mübarizə meydanındaüstünlük təşkil etməsində son dərəcə həlledici amil olduğunu sübut etdi.

Əlbətdə qazanılan uğurların masada da davam etməsi gərgin və dinamik bir prosesi doğurmuşdur. Bu müddətdə, Türkiyə  diplomatiya sahəsində də Azərbaycan üçün hər cür dəstəyi təmin edərkən ( təkcə Xarici İşlər Naziri Mevlut Çavuşoğlu bu44 gün ərzində 5 dəfə rəsmi Bakını ziyarət etdi); rahatlıqla demək mümkündür ki, Azərbaycan 30 ildə hərbi sahədə qazandığı gücü və uğurları diplomatiya sahəsində də əldə etmişdir. Beləliklə, proses boyunca müxtəlif ölkələrdən gələn təzyiqlər və təsirlərə baxmayaraq, masada üstünlük əldə edərkən, milli maraqları və hədəfləri güdən, rasional, realist və özünə inamlı bir tutum sərgiləyən Azərbaycan profilini izlədik.

Ermənistandan danışanda diaspora amilini nəzərə almaq vacibdir. ABŞ-da və Avropanın müxtəlif ölkələrində olan erməni diasporasının, Ermənistan hökumətinin Bərdə və Gəncədətörətdiyi uşaq, qoca, qadın fərq etmədən günahsız mülki insanları hədəf alan hücumlarıhəyata keçirdiyini daha öncələri də gördük.  Yaşadıqları cəmiyyətlərin birlik, dinclik vətəhlükəsizliyini pozan bu kimi hücumlara qarşı Türkiyə vəAzərbaycan diasporalarının isə birlik və bərabərlik içərisində Azərbaycanın haqq savaşını dünya ictimaiyyətinə duyuracaq proqramları həyata keçirdiyinə şahid olduq. Bu səbəbdən  türk diasporası həmrəyliyindən danışmaq mümkündür.

Bütün bu proses boyunca ortaya qoyulan operativ, şəffaf və düzgün kommunikasiyayanaşması Azərbaycan üçün təsirli bir təbliğata çevrilmiş, müxtəlif uydurma və yalan xəbərlər yaymağa cəhd göstərən Ermənistanın dezinformasiyalarınınboşa çıxmasına səbəb olmuşdur. Beləliklə, qələbənin sirləri olaraq lider diplomatiyası, Türkiyə və Azərbaycanın güclü əməkdaşlığı, özünə güvənən siyasi iradə, tarixi motivasiya və legitimlik, S / İHA faktörü, hərbi və diplomatik potensial, Türk diasporası həmrəyliyi, təsirli və düzgün komunikasiyanısadalamaq mümkündür.

Türk Dünyası perspektivindən bəzi nəticələr…

Qələbənin Türk Dünyası üçün nəticələri də bir neçə başlıq altında da müzakirə edilməlidir. İlk növbədə söyləmək lazımdır ki, Türkiyə ilə Azərbaycanın münasibətləri əvvəlki kimi olmayacaq. Çünki bu müddət ərzində gözləniləndən daha güclü bir həmrəylik doğdu. Türkiyə və Azərbaycan arasındaNaxçıvan üzərindən təmin ediləcək nəqliyyat xətti, razılaşdırılmış müşahidə mərkəzi və bəlkə də gələcəkdə Azərbaycanın tələbi ilə Azərbaycanın fərqli bölgələrində yerləşəcək Türk hərbi birlikləri göz önündə tutulduğundabir çox sahədə zəngin iş birliyi və həmrəylik görəcəyimiz günlər hələ qabaqdadır. Müqavilədən sonra səslənən fikirlər və hər iki ölkənin açıqlamalarının bu proqnozu təsdiqlədiyini söyləmək mümkündür.

Qazanılan qələbə Ermənistanın məğlubedilməz ordusu haqdaolan mifi dağıtmaqla; Azərbaycanda məğlub psixoloji həddi aşmaq baxımından əhəmiyyətli bir nəticə doğurmuş,Türk Dünyasının hərbi zəfəri olaraq da qəbul edilmişdir. Bu məqamda Türk Dünyasının qazandığı, özünə güvən və motivasiyadan bəhs etmək yanlış olmazdı. Naxçıvan üzərindən qurulacaq nəqliyyat xəttinin Türkiyəni Türk dünyasına, Türk Dünyasını da Türkiyə üzərindən Qərbə bağlayacaq olması, iqtisadi və ticari mənada yeni perspektivlərin yolunuaçma potensialına sahibdir.

Türkiyə və Azərbaycanın bu müddətdə qələbə ilə nəticələnən əməkdaşlığı Türk dünyası üçün də əhəmiyyətli bir nümunədir. Çünki, bu günə qədər daha çox “yumşaq” (soft) güc üzərindən qurulmasına çalışılmış əməkdaşlığın “sərt” (hard) gücsahəsində də inkişaf etdirilərək nəticə əldə edilə biləcəyi sübut edilmiş oldu. Üstəlik, Türkiyənin təcrübəsi vədəstəyinin Türkdünyası üçün əhəmiyyətli bir qaynaq və qazanc olduğu açıq aşkar görüldü.

Beynəlxalq arenada xroniki və mürəkkəb bir problemə çevrilmiş Qarabağ münaqişəsininhəllsizliyi döyüş meydanında qazanılan zəfərlə qırılaraq və qazanca dönüşdürülərək Türk Dünyası başda olmaqla digər problemli məsələlərin həllində də nümunə təşkil etməsi mümkündür.

İham Əliyevin mənalı çıxışı…

Son olaraq, prosesin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin: ‘30 ildir danışırıq, həll yoluna gələ bilmədik. Artıq danışmayacağıq; lazım olanı edəcəyik. ” minvalındaki çıxışı problemi həll etməyə iddiasında olan beynəlxalq qurum və təşkilatların səmərəsizliyini ortaya qoyan mənalı bir çıxış olaraq tarixdə özünə yer etdi.

Deniz Demir
Tədqiqatçı

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib