"Hər yerdə erməninin ixrac etdiyi məhsulları blokadaya salıb, onlara ziyan vurmaq lazımdır" - Vahid Əhmədov

22 iyul, 2020 13:50

Ermənistanın hərbi təxribatı nəticəsində baş verən 4 günlük müharibənin məqsədi enerji çəkişməsilə bağlıdır.

Azsiyasət.com modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
V.Əhmədov qeyd edib ki, neft-qaz kəmərləri məhz Tovuz rayonunun ərazisindən keçdiyindən düşmən o istiqamətdə aktivləşib:

“Ermənilər faktiki olaraq enerji layihələrini pozmaq üçün belə təxribatçı addım atdılar. Bunu isə özbaşına etmədilər. Ermənistanı bu addımı atmağa vadar edən dövlət var. Rusiya çox maraqlı idi ki, Azərbaycan enerji layihələrini onların vasitəsilə xaricə çıxartsın. Amma cənab Prezident İlham Əliyev siyasi iradə ortaya qoyaraq, Azərbaycanın qaz kəmərlərinin Gürcüstan və Türkiyə vasitəsilə Qərbə çıxışını təmin etdi. Həmin vaxt ölkədə çox ciddi problemlər də yaşanmışdı. Nəhayət, 2012-ci ildə bu müqavilələr imzalandı və TANAP, TAP layihələri reallaşdırıldı. Digər tərəfdən, pandemiya ilə əlaqədar dünya bazarında Rusiya qazına ehtiyac kəskin azalıb. O cümlədən, Türkiyə Rusiyadan qaz almaq istəmir, çünki Azərbaycan qazı onlara daha çox sərfəlidir. Hətta bu məsələ ilə əlaqədar Rusiya-Türkiyə münasibətlərində müəyyən gərginləşmələr gözlənilir. Son proseslərdə Türkiyə dövlət başçısı, hərbi nazir, xarici işlər nazirinin atdığı addımlar təqdirəlayiqdir. Birmənalı olaraq, onlar Azərbaycanın yanında olduqlarını bildirdilər”.

Deputat 4 günlük müharibədə Şəhid düşən hərbçilərimizin ailə üzvlərinə başsağlığı verib, onlara səbr diləyib:

“Tovuzdakı Qarqaya yüksəkliyi böyük startej əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, həmin yüksəliyin düşmənə verilməməsi üçün hərbçilərimiz şəhid oldu. Onların hər birinin ailəsinə səbr diləyirəm”.

Vahid Əhmədov həmçinin Rusiyada fəaliyyət göstərən iş adamlarına müraciət edib:

“Bu gün Qod Nisanov, İlham Rəhimovla danışdım. Onların Rusiya bazarında erməniləri sıxışdırması təqdirəlayiqdir, hazırkı vəziyyətdə ermənilərin malları əllərində qalıb, onu sata bimirlər. Rusiyada çalışan bütün biznesmenlərimizə müraciət edərək, xahiş edirəm ki, İlham Rəhimov, Qod Nisanovun atdığı addımlara dəstək olsunlar. Hər yerdə erməninin ixrac etdiyi məhsulları blokadaya salıb, onlara ziyan vurmaq lazımdır. Bölgədə vəziyyət gərgindir. Ermənistan isə bu gərginliyi yaradan dövlətin oyuncağıdır, onun istədiyi kimi hərəkət edir. Amma məsələ bu cür davam edə bilməz”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR