Xankəndi – Bakı dəmir yolunun bərpası bizə nə verəcək? - ŞƏRH

23 noyabr, 2020 16:06

Bakı - Xankəndi dəmir yolunun bərpası ilə bağlı məlumatlar yayılmaqdadır. Vaxtilə bu yol Xankəndini Moskva və Bakı kimi şəhərlərlə birləşdirirdi. İndi bu yol yenidən bərpa edilərsə, Azərbaycan üçün hansı üstünlükləri ola bilər?

Millət Vəkili Naqif Həmzəyev bildirib ki, Vətən Müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatıb. 

“Azad olunmamış ərazilərdə Azərbaycanın suveren hüquqlarının təmin olunması və həmin ərazilərin Azərbaycanın siyasi-inzibati idarəçiliyinə keçməsi Azərbaycan diplomatiyasının növbəti uğurlarındandır. Üçtərəfli bəyanat təkcə təcavüzkar Ermənistanın hərbi təslim aktı, diz çökməsi və işğal edilmiş ərazilərimizdən çıxarılması demək deyil, həm də ölkəmizin geosiyasi və geoiqtisadi qələbəsi oldu”. 

N. Həmzəyev qeyd edib ki, prezident İlham Əliyevin təklifi ilə bəyənata daxil edilmiş 9-cu bənd də məhz bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutulması da Azərbaycanın milli maraqlarının təmin edilməsindən çıxış edir. Prezident xalqa müraciətində Ağdam - Xankəndi - Şuşa yolunun da müəyyən müddətdən sonra açılacağı müjdəsini verib. Qeyd edib ki, Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat: “Əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir". 

N.Həmzəyevin sözlərinə görə, Azərbaycanın digər ərazilərinin Naxçıvanla qırılmış quru (avtomobil, dəmiryolu) əlaqələrinin bərpası ilə Naxçıvanın blokadasına son qoyulacaq, Ağdam-Xankəndi-Şuşa avtomobil yolunun açılması isə işğaldan azad olmuş torpaqlarımızın iqtisadiyyatının inkişafında mühüm rol oyayacaq:

““İzvestisiya” qəzetinin yaydığı məlumata əsasən Xankəndində dəmir yolu rabitəsinin bərpa etməyin mümkünlüyünü müəyyənləşdirmək üçün xüsusi komissiya 30 il əvvəl fəaliyyəti dayandırılmış dəmir yol vağzalına baş çəkib. Sözsüz ki, Xankəndi-Bakı dəmir yolu vağzalının işə salınması da üçtərəfli bəyənatın 9-cu maddəsinə uyğun olaraq Azərbaycanın milli maraqlarına, milli mənafeyimizə xidmət edəcək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR