Türk hərbçiləri Qarabağa nə vaxt gələcək? - Sabiq nazir

24 noyabr, 2020 21:52

Tofiq Zülfüqarov: “Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir”

Türkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən bir həftə ötür. 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək qardaş ölkənin hərbiçilərinin gəlişi hələ ki baş tutmayıb.

Doğrudur, ekspertlərin əksəriyyəti bu narahatlığa əsas görmür və yaxın günlərdə bu gəlişin reallaşacağını qeyd edirlər. Rəsmi Ankaranın dekabrın ilk on günlüyündə Azərbaycana Silahlı Qüvvələr göndərəcəyi deyilir. Bununla belə, sosial şəbəkələrdə insanlar suallar ünvanlayırlar.

Məlumat üçün onu da bildirək ki, artıq Rusiya sülhməramlıları Qarabağda tam yerləşiblər. Azərbaycan cəmiyyətində narahatlıq doğuran məsələlərdən biri də budur ki, bəs türk hərbçilərinin gəlişi niyə ləngiyir?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov musavat.com-a deyib ki, narahatlığa əsas görmür:

“Birincisi, bir məsələni aydınlaşdırmalıyıq: Belə fikir formalaşıb ki, sülhməramlı missiyada Rusiya erməni tərəfdədir, Türkiyə qoşunları isə bizim tərəfimizdədir. Hesab edirəm ki, bu məsələyə başqa bir baxış bucağından baxmaq lazımdır. Onlar oraya hansısa vəzifələri icra etmək üçün cəlb olunublar, tərəf kimi deyil. Bu baxımdan Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir. Rusiya sülhməramlarının əsas vəzifələri ondan ibarətdir ki, bəyanatda nəzərdə tutulmuş şərtləri həyata keçirsinlər. Biz görürük ki, bu şərtlər ardıcıl şəkildə icra olunur. Rayonların azad olunmasından sonra yeni mərhələ başlayacaq. Hesab edirəm ki, orada tərk-silah mərhələsi başlayacaq. Çünki ermənilərin həmişə iddia etdiyi və mövqeyi ondan ibarət idi ki, onlar guya orada yaşayan erməniləri müdafiə edirlər.

İndi bu funksiya sülhməramlılara keçir. Deməli, onların orada hərbi strukturlarının qalması mənasızdır. Biz bunun təsdiqini bəyanatlarda görürük ki, hamı burada olan əraziləri Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Məsələni başqa istiqamətlərdən də şərh etməkdə məqsədim var. 

Biz başa düşməliyik ki, türk qoşunlarının gəlməsində məqsəd nədir. Digər strukturların cəlb olunmasına gəlincə, xatırladım ki, Azərbaycanda Türkiyənin müdafiə mütəxəssisləri var. Onlar çoxdan buradadırlar. Həm də onların zəhməti nəticəsində birgə təlimlərdə qazanılan təcrübə ilə Azərbaycan Ordusu yüksək səviyyəli hərbi hazırlıq nümayiş etdirib. Təbii ki, bölgədə müşahidə missiyası olacaq. Bunun icrası müxtəlif vasitələrlə, o cümlədən texniki vasitələrlə çox asanlıqla həyata keçiriləcək. “Əsgər gəlib postda dursun” filan kimi düşüncələr keçmişdə qalıb. Texniki vasitələrlə çox işləri görmək mümkündür və müharibə vaxtı biz bunları gördük. 

Türkiyəli müşahidəçilər gələcək, müşahidəçilər isə o deməkdir ki, hansısa prosesə nəzarət edib, onu kontrol altında saxlayacaqlar. Çünki Türkiyə bu proseslərin tərkib hissəsidir. Yenə deyirəm, bəzi şeyləri dəqiq bilmədiyimiz üçün hesab edirik ki, bura hansısa bir hərbi hissələr gələcək. Məsələlərə mən başqa baxış bucağından yanaşıram".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR