Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"

27 noyabr, 2020 13:28

Qarabağ separatçılarının qondarma “lideri”, terrorçu Araik Arutyunyan Rusiyaya məxfi səfər edib. Yada salaq ki, o, Ermənistan baş naziri Nikol Paşinyanın ən yaxın adamıdır. Ötən həftə də İrəvanda onunla görüşəndən sonra qəfil Moskvaya getməsi suallar doğurub.

Ermənistan mətbuatında iddia olunur ki, onu Samvel Babayanla əvəz etmək istəyirlər. Başqa bir iddia da isə deyilir ki, Araik Paşinyanın hansısa gizli mesajını Moskvaya aparıb. Onun qalması və ya dəyişməsi nəyə təsir edəcək? Məğlubiyyətdən sonra Moskvada kim(lər) onunla görüşə bilər və anlamı nə ola bilər?

Politoloq Qabil Hüseynli bildirdi ki, Araik Arutyunayn cinayətkardır və Baş Prokurorluq onun barəsində cinayət işi açıb, beynəlxalq axtarışa verib. Belə bir cinayətkarın Moskvaya səfər etməsinə Rusiya hakimiyyəti imkan yaratmamalıdır. Hətta kimlərinsə dəstəyi ilə Araik Moskvaya gedibsə, Rusiya hüquq-mühafizə orqanlarının beynəlxalq hüquqa əsasən, borcudur ki, onu saxlasınlar və Azərbaycana təslim etsinlər: 

“Amma təəssüf ki, bunu görmürük. Əksinə, Rusiyada müəyyən dairələr cidd-cəhdlə qondarma separatçı rejimi diriltmək istəyir. Araik Arutyunyanın Moskvaya səfəri bununla bağlıdır. Dağlıq Qarabağ adlı qurum artıq mövcud deyil və onun lideri də ola bilməz. Vladimir Putin də artıq neçənci dəfədir deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.

Araik isə özünü hələ də Azərbaycanın tərkib hissəsi olan bir ərazinin ”lideri" elan edir və Moskvaya bu sifətlə gedir. Bu məsələyə Kreml yəqin ki, bir aydınlıq verməli və münaqişəni alovlandıra biləcək addımların qarşısı alınmalıdır. Araikin Paşinyanın təlimatları ilə hərəkət etdiyinə və Moskvaya da onun məsləhəti ilə getdiyinə şübhə yoxdur.

Onun yerinə Samvel Babayanın gətiriləcəyi barədə Ermənistan mediasının yazdıqlarına gəlincə, Araikin yeri var ki, kimisə də onun yerinə gətirsinlər? Erməni mediası, sadəcə, “odu söndürüb külü ilə oynamaqla” məşğuldur. Birdəfəlik bilmək lazımdır ki, Dağlıq Qarabağ adlı struktur, qurum və onun başçısı mövcud deyil, onların üstündən xətt çəkilib".

Politoloq Əhəd Məmmədli də musavat.com-a bildirib ki, artıq nə qondarma ”DQR",  nə də onun  “prezidentliyi” var: 

"Əgər Rusiyada hansısa dairələr erməni ekstremistləri, separatçıları ilə bu cür oyunları oynamağa davam etsə, təcili surətdə Azərbaycan xəbərdarlığını edib ordusunun Xankəndinə yeridib birdəfəlik bu ilan yuvasını darmadağın etməlidir. Araikin səfərindən çıxan nəticələrin biri odur ki, Moskvada müəyyən dairələr Qarabağda erməni ekstremist-terrorçu rejimini qoruyub saxlamaq istəyir. Buna qəti şəkildə imkan vermək olmaz. Bu oyuna son qoymaq lazımdır. Bakı bu prosesi diqqətli izləyib mane olmalıdır".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR