Rusiyada Erməniatanı qalib hesab edənlər KİMLƏRDİR?

28 noyabr, 2020 10:16

Rusiyanın RIA Novosti agentliyi yazır ki, Rusiyada “İctimai rəy” fondunun keçirdiyi rəy sorğusu rusiyalıların 91 faizinin Dağlıq Qarabağ münaqişəsi haqqında bildiyini və ya nəsə eşitdiyini göstərib.

Rəyi soruşulanların 69 faizi bildirib ki, vəziyyət Rusiyanın müdaxiləsi hesabına tənzimlənib. Respondentlərin 49 faizi Dağlıq Qarabağ münaqişəsi barədə bildiyini, 42 faiz isə bu barədə eşitdiyini deyib.

Münaqişə haqqında məlumata malik olanların 48 faizi hərbi əməliyyatların dayandırıldığı barədə bildiyini, 32 faizi isə bu barədə nəsə eşitdiyini bildirib.

Bu barədə ilk dəfə eşidənlər 12 faiz təşkil edib. Rəyi soruşulanların 58 faizi bildirib ki, bu münaqişədə nə Azərbaycanı, nə də Ermənistanı qalib hesab etmək olmaz.

Respondentlərin yalnız 14 faizi müharibədə Azərbaycanın qalib olduğunu hesab edir. 1 faiz Ermənistanı qalib sayır. Rəyi soruşulanların 19 faizi cavab verməkdə çətinlik çəkdiyini deyib.

Respondentlərin 69 faizi hesab edir ki, münaqişə Rusiyanın fəal iştirakı ilə dayandırılıb. 12 faiz Rusiyanın bu məsələdə heç bir rolunun olmadığını düşünür. 10 faiz suala heç bir cavab verməyib.

Rəyi soruşulanların 57 faizi Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yeridilməsinə müsbət yanaşdığını deyib. 25 faiz bunun əleyhinə olduğunu bildirib. 1 faiz məsələyə biganə olduğunu deyib.

Respondentlərin 57 faizi hesab edir ki, Rusiya bu münaqişəyə müdaxiləsi ilə Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirib. 10 faiz bu mövqeyin zəiflədiyini deyib. 24 faiz suala cavab verməyib. Rəyi soruşulanların əksəriyyəti deyib ki, Rusiya Ermənistan və Azərbaycan arasında müharibəni dayandırmaq və bölgəyə sülhməramlılar yertiməklə beynəlxalq arenadakı nüfuzunu gücləndirib.

Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun zəiflədiyini deyənlər bildirirlər ki, bu regionda Türkiyənin möhkəmlənməsi baş verib. Sorğu bütün Rusiya boyunca 1000 respondent arasında keçirilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR