"Putinin tərsliyi və alman riyakarlığı" - ABŞ-ın məşhur "Foreign Policy" dərgisi yazır

26 iyul, 2020 14:06

ABŞ-ın məşhur “Foreign Policy” dərgisində “Putinin tərsliyi” başlıqlı məqalə dərc edilib.

Məqalədə Rusiyadan Almaniyaya “Şimal axını-2” qaz kəmərinin çəkilişi tənqid olunub və bunun daha çox iqtisadi deyil, siyasi layihə olduğu iddia edilib.

Həmin məqaləni diqqətinizə çatdırırıq:

Keçən həftə ABŞ dövlət katibi Mayk Pompeo “Şimal axını-2” qaz kəmərinin tikintisində iştirak edən şirkətlərə üzünü tutaraq deyib: “Bu layihədən çəkilin, yoxsa çox ciddi nəticələrlə qarşılaşacaqsınız”.

ABŞ Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya çəkilən qaz kəmərini inşa edən şirkətləri sanksiyalarla hədələyir. Ancaq bu qaz kəmərinin demək olar ki, böyük hissəsi çəkilib və yaxın aylarda bu iş tam yekunlaşdırıla bilər.

Əlbəttə ki, Vaşinqton “Şimal axını-2” layihəsinin heç də yeganə tənqidçisi deyil. Mərkəzi və Şərqi Avropanın bir çox ölkələri bu qaz kəməri məsələsində alman riyakarlığının müxtəlif tərəflərini əyani şəkildə görürlər. Belə ki, Berlin bu ölkələrə karbohidrogen neytrallığı və insan haqları barədə mühazirələr oxuyur, özü isə əksinə, böyük miqdarda üzvi yanacaq istehlak edir və həm də bu yanacağı qitənin ən avtoritar ölkəsindən alır.

Almaniya kansleri Angela Merkel öz ölkəsinin korporativ maraqlarını təmin etmək üçün qaz kəmərinin sona çatdırılmasında qərarlıdır. Almaniya ABŞ-ın “Şimal axını-2” layihəsinə qarşı sanksiyalarını beynəlxalq hüquq normalarına zidd adlandırır və Avropa Birliyini də bu cür davranmağa çağırır. Pompeonun sanksiyaları sərtləşdirmək vədi Vaşinqton ilə Avropa Birliyinin aparıcı üzvləri arasındakı münasibətləri daha da gərginləşdirir.

Sözügedən məsələ ilə bağlı bir sual yerinə düşər: Görəsən, Tramp administrasiyasının üzvləri və “Şimal axını-2”-nin əleyhdarları bu layihənin Rusiyanın Avropadakı təsirini gücləndirəcəyi fikrini söyləməkdə haqlıdırlarmı? Amerikalı senator Ted Kruz bunu “Putinin qaz kəməri” adlandırmaqda tamamilə haqlıdır.

Ancaq həmin layihənin bir çox tərəfdarı deyir ki, ”Şimal-axını-2” sırf kommersiya xarakterlidir. Lakin maraqlıdır ki, hətta Merkelin özü etiraf edib ki, bu layihənin arxasında siyasi düşüncə dayanır.

Əlbəttə, “qaz kəmərinin arxasında siyasi düşüncə dayanır” deyəndə Almaniyanın siyasi elitası arasındakı korrupsiyanı mütləq nəzərə almaq lazımdır. Misal üçün, Anqela Merkelin sələfi Gerxard Şröder, 51 faizi Rusiyanın “Qazprom” dövlət konserninə məxsus olan ”Nord Stream AG” şirkətinin direktorlar şurasının sədridir.

Bu, onu göstərir ki, özünü qürurla Avropanın və bütün dünyanın vicdanı adlandıran Almaniya siyasi sistemində nələrsə çürüyüb (Siz bir anlığa təsəvvür edin ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama İranın qaz kəməri şirkətinin direktorlar şurasının sədridir!).

Şröder itaətkarcasına Kremlin tezislərini təkrarlayaraq deyir ki, Putinlə işləmək asandır. Ortalıqda böyük məbləğdə cirkli pullar dolaşsa da, öncəki illərdən fərqli olaraq, indi Almaniyada Risiyanın dostları çox azdır. Hələ bundan on il əvvəl Almaniya Rusiya ilə “modernləşdirilmiş əməkdaşlıq”-dan danışırdı. Amma bu gün “Moskva ilə ticarət Kremli islahatlara yönəldəcək” tezisini yalnız alman siyasətindəki marginallardan eşitmək olar.

Düzdür, Almaniyanın keçmiş kansleri “Şimal axını” layihəsindən məvacib alır, lakin artıq Almaniyanın Rusiyaya qarşı münasibəti sərtdir. Yeni qaz kəməri ilə bağlı Almaniyada Rusiyanın dostları peyda olsa da, bu, Berlini Ukrayna hadisələrinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan imtinaya inandıra bilməz.

Ortamüddətli perspektivdə “Şimal axını-2”-nin Ukrayna üçün mənfi nəticələri, sözsüz ki, olacaq. Belə ki, Rusiya Almaniyaya və digər Avropa alıcılarına qazı tranzit yolla yox, birbaşa ötürəcək. Belə olan halda Ukraynadan keçən kəmərlə ötürülən tranzit qazının miqdarı azalacaq.

Eyni zamanda, “Şimal axını-2” sayəsində Rusiya Ukraynanı təhdid etmək baxımından böyük imkanlar əldə edir. Məsələn, 2009-cu ilin qışında təhlükəli vəziyyət yaşanmışdı. O zaman Rusiya Kiyevi cəzalandırmaq məqsədilə Ukraynaya gedən qazı kəsmişdi. Bu isə Avropada qaz qıtlığı yaratmışdı və istehlakçıların kəskin etirazlarından sonra Rusiya geri çəkilməyə məcbur olmuşdu.

Kreml Avropaya gedən qazı “Şimal axını-2” hesabına artırdıqdan sonra, Ukraynaya verilən qazın kəsilməsi digər alıcılara ciddi təsir göstərməyəcək. Nəticədə Kiyev Moskva ilə qarşıdurmada təklənəcək.

Amma unutmayaq ki, 2009-cu ildən bu yana çox şey dəyişib və Avropa qaz bazarı tamamilə başqa şəklə düşüb. On il bundan öncə Mərkəzi və Şərqi Avropa “Qazprom”-dan çox asılı idilər və elə bu səbəbdən də Rusiya şirkəti onları uzunmüddətli və bahalı müqavilələrə məcbur edirdi. Bu gün isə Rusiya Avropa qitəsinin ən iri tədarükçüsü olsa da, “Qazprom”-un buradakı inhisarı pozulub.

2012-ci ildə Avropa Komissiyası “Qazprom” əleyhinə anti-inhisar işini qaldıraraq, onu bazar rəqabəti qaydaları ilə razılaşmağa məcbur edib. Avropada qazın nəqlini yüngülləşdirən yeni infrastruktur meydana gəlib. Bir neçə “Sıxılmış Təbii Qaz” (STQ) terminalları tikilib ki, bu da Polşa və Litva kimi ölkələrin Norveç, Qətər və ABŞ-dan qaz idxal etməsinə təminat yaradıb.

Hətta son illər Ukrayna danışıqlardakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. İndi bu ölkə özünə ehtiyac olan qazı Avropadan idxal edə bilər. Ona görə də Ukrayna Rusiyanın mümkün qaz kəsmə əməliyyatlarından daha yaxşı qorunur. ”Qazprom” isə Avropaya ixrac edəcəyi qazın bir hissəsinin 2024-cü ilədək Ukrayna ərazisindən keçməsinə razılaşıb. Deməli, Kiyev yaxın illərdə də tranzit haqqı alacaq. Sözsüz ki, ”Şimal axını-2” Ukraynanın ziyanınadır, lakin bu çətinliklərin öhdəsindən gəlmək mümkünsüz deyil. Əslində, bu qaz kəməri Almaniya üçün gəlirdən çox, böyük məsrəfdir və digər yandan da qonşu ölkələr arasında Berlinin reputasiyası korlanır. Çünki Almaniya heç bir polemika və ziddiyyət olmadan qaz ala biləcəyi halda, özünü çox qalmaqallı vəziyyətə salıb.

Bəzi ABŞ rəhbərlərinin düşündüyünün əksinə olaraq, ”Putinin qaz kəməri” heç də Rusiya üçün məharətli usta gedişi deyil. Hazırda Avropada xeyli ucuz qaz var və yeni rəqabət şəraitində “Qazprom” əvvəlki kimi Avropaya qiymət diktə edə bilməz.

(Tərcümə:AzPolitika) 

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları13:24 - "Sputnik-Azərbaycan"da əməliyyat keçirilir13:21 - Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Rəsmi

27 iyun

12:28 - Lukaşenko Ermənistanın düşdüyü vəziyyətdən danışdı - Günah kimdədir?12:26 - ABŞ Çinlə ticarət sazişi imzaladı12:20 - Çinə vizasız rejim Azərbaycan üçün nə vəd edir?

23 iyun

12:54 - Azərbaycanda əhalinin istehlak xərcləri 69 milyard manatı ötüb 12:52 - İran ordusunun baş komandanından ABŞ-a sərt xəbərdarlıq - "Bu dəfə də cavabımız qəti olacaq"12:47 - Prezident Yevlaxdadır - FOTOLAR12:25 - "Qatar qiymətləri vətəndaş üçün bahadır, 147 manata bilet olar?" - ADY-yə ittihamlar12:21 - ABŞ İran uranından xəbərsizdir - ABŞ-ın bombardman şousu

16 iyun

14:43 - ABŞ təyyarələri terrora hazırlaşır14:37 - İran İsrailin müdafiəsini bu raketlərlə yardı14:33 - "Təcavüzlər təkrarlansa, təcavüzkarı daha sarsıdıcı cavablar gözləyəcək" - Pezeşkian

13 iyun

11:19 - "İsrail özünün acı taleyinə imza atıb" - Xamenei11:18 - İsrailin İrana hücumu nəticəsində kimlər ölüb?

10 iyun

15:31 - "Qarabağ Azərbaycanın ərazisidir!" - Zaxarovadan açıqlama15:28 - Medinski niyə elə dedi? - - Britaniyalı ekspert15:26 - BDU-nun "Məzun Günü" ilə bağlı xərcləri artdı - Bu il 159 min xərclənəcək

02 iyun

12:15 - Ermənilərlə fransızlar Azərbaycanla sərhədə toplaşdılar12:12 - "Rahat" market cərimələndi - Müştəriləri aldadıb12:08 - Həbsxananın damı uçdu - Məhkum öldü12:05 - Rusiyada varlıların sərvəti 22,5 milyard dollardan çox artdı - "Bloomberg" nəşri

30 may

14:18 - Araz Musayev sui-qəsdə görə Adil Əliyevi ittiham edir 14:10 - "Vətəndaş babadan qalma evi sökür, yenisini tikməyə icazə verilmir" - Deputat14:09 - Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

21 may

16:19 - "Ermənistana dedik ki, Kəlbəcər və Laçını saxlayın, 5 rayonu qaytarın" - Lavrov13:40 - İlham Əliyev liderlərin iclasında çıxış etdi - TAM MƏTN13:35 - Azərbaycan İtaliyaya neft satışını kəskin artırıb

19 may

13:53 - Azərbaycan-İran birgə hərbi təliminin açılışı oldu - VİDEO