Qarabağdan Suriyaya qayıdan “erməni batalyonu” Rusiya, Azərbaycan və Türkiyəyə qarşı terror hücumları planlaşdırır

09 dekabr, 2020 12:21

Suriyanın şimalında PKK/YPG nəzdində fəaliyyət göstərən və əsasən yerli ermənilərdən formalaşdırılmış erməni batalyonu Qarabağdan geri qayıdıb. Və ermənilərin üzləşdikləri məğlubiyyətin qisasını almaq üçün Türkiyə, Azərbaycan və Rusiyada mülki hədəflərə qarşı terror hücumları planlaşdırır.

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Bursa Hakimiyet” qəzeti Türkiyə təhlükəsizlik qaynaqlarına istinadən bildirir.

 Suriyanın şimalında erməni batalyonu PKK/PYD terror təşkilatı tərəfindən 2019-cu ilin aprelində Türkiyəyə qarşı savaşmaq üçün yerli ermənilərdən və əsasən muzdlulardan formalaşdırılıb. Həmin batalyonun bu ilin yayında Qarabağa göndərildiyi haqda xəbər vermişdik. Bildirilir ki, erməni batalyonu Qarabağda gedən müharibədən Suriyanın şimalına geri dönüb və Ermənistanın bu müharibədə məğlub olmasına görə Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyanı da günahkar sayır.

“Türkiyə ordusunun uğurlu əməliyyatları nəticəsində rahat hərəkət edə bilməyən separatçıların qondarma “erməni batalyonu” bölgədə mövcudluğunu qoruyub saxlamağa çalışır, amma onları gözləyən acı aqibətdən xilas ola bilməyəcəklər”,-mənbə bildirir.

Bölgədəki təhlükəsizlik qaynaqları onu da deyirlər ki, “erməni batalyonu” Suriya rejiminin nəzarətində olan ərazilərdə sərbəst hərəkət edir və fəaliyyətlərini orada planlaşdırır. Çünki Əsəd rejimi ilə yaxşı münasibətlərə malikdr.

“Əldə edilən məlumatlara görə Ermənistanın Dağlıq Qarabağda uğradığı ağır məğlubiyyətin ardınca PKK-ya bağlı erməni qrupları səs-küylü terror aksiyaları planlaşdırmağa başlayıb. “Erməni batalyonu” bu məğlubiyyətdə Rusiyanı da günahkar bilir və nəticədə Türkiyə, Azərbaycan da daxil olmaqla Rusiyada da mülki hədəflərə qarşı canlı bombalarla terror hücumları həyata keçirməyi planlaşdırır”,-mənbələr bildirir.

Suriyanın şimalında qurulan “erməni batalyonuna” 2017-ci ildə Rakkada İŞİD-lə döyüşlərdə öldürülən erməni Nübar Ozanyanın adı verilib. Qruplaşma əsasən solçu ideologiyaya malik ermənilərdən formalaşdırılıb. Batalyonun rəhbərləri arasında Ermənistan ordusunun zabitləri və istefada olan generalları da var.

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!