"Bu, İrəvan üçün çox ağır dərs oldu" - "FORBES" jurnalı

10 dekabr, 2020 15:59

“Bu payız Dağlıq Qarabağdakı münaqişə zamanı Azərbaycan Ermənistanın çox sayda hərbi texnikasını məhv etdi. Bu sarsıdıcı məğlubiyyət şübhəsiz ki, İrəvana müasir hərbi texnikanın sürətlə inkişaf etdiyi barədə çox ağır dərs oldu”. 

Azsiyasət.com xəbər verir ki, bu barədə nüfuzlu “Forbes” jurnalı yazıb. Nəşr qeyd edir ki, İsrail və xüsusilə də Türkiyənin Pilotsuz Uçan Aparatları (PUA) Azərbaycan üçün çox vacib idi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ölkəsinin satın aldığı PUA-ların Ermənistanın 1 milyard dollar dəyərində hərbi texnikasını məhv etməsilə öyündü.

“Ermənistan bu yaxınlarda Rusiyadan hava üstünlüyü üçün hazırlanmış Su-30 döyüş təyyarələrini alıb. Bunlar Ermənistanın kiçik Hərbi Hava Qüvvələrində ən müasir təyyarələrdir. Amma döyüşlərdə bu təyyarələrdən istifadə edilməyib. Buraya Rusiyadan alınmış hava müdafiə sistemlərinin qənaətbəxş olmayan vəziyyətini də əlavə etmək lazımdır. Bu köhnə ixrac versiyaları asta hərəkət edən PUA-lar üçün deyil, qırıcı və bombardmançı təyyarələr üçün nəzərdə tutulub. Bu, Azərbaycanın cəbhə xəttində səmaya hakim olmasına və Ermənistanın quru hədəflərinə əhəmiyyətli təsir göstərəcək şəkildə hücum etməsinə imkan verdi”, - “Forbes” yazır.

Atlantik Şurasının baş elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza hesab edir ki, Qarabağdakı sentyabr eskalasiyası göstərdi ki, Rusiyanın silah sistemi başqa dövrə aiddir. “Əgər siz İsrail və Türkiyənin müasir PUA-larına sahibsinizsə, o zaman görəcəksiniz ki, Rusiyanın istər S-300  zenit raket kompleksləri, istər T-72 tankları, hətta “reaktiv zireh”lər tamamilə başqa dövrə aiddir”, - deyə o bildirib.

Brayza qeyd edib ki, Ermənistan daha müasir silahlar almaq haqqında düşünməlidir.

"Ancaq Ermənistanın Azərbaycandakı kimi hücumları dəf etməsi lazım olan PUA-ları və ya hava hücumundan müdafiə sistemlərini haradan alacağı hələ bəlli deyil”, - deyə o əlavə edib.

Onun fikrincə, Azərbaycanın əsas silah tədarükçüsü və Azərbaycan neftinin əsas idxalatçısı olan İsrail çətin ki, Ermənistana müasir silah və ya PUA satsın. “Şübhə yoxdur ki, Türkiyə də bunu etməyəcək, çünki indi Azərbaycanı dəstəkləyir və Ermənistanın əsas düşmənidir” deyən Brayza ABŞ-ın da Ermənistana müasir silah satacağına şübhə ilə yanaşır. Keçmiş səfirin fikrincə, İrəvan üçün qəbul edilə bilən yeganə seçim ənənəvi silah tədarükçüsü olan Rusiyadır. Amma mümkündür ki, Moskva İrəvana müasir silah satmaq istəməsin. "Hər halda, Ermənistanın onu almağa pulu yoxdur", - Brayza vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR